SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Aydın Əliyev və generallar Əbülfəz Məlikovla bacarmır

Aydın Əliyev və generallar Əbülfəz Məlikovla bacarmır

Tarix:

21-12-2017, 10:39

/ 1 749 dəfə oxundu.
Aydın Əliyev və generallar Əbülfəz Məlikovla bacarmır

Dövlət Gömrük Komitəsi sədri Aydın Əliyev və gömrük generalları belə çıxır ki, monopolist Əbülfəz Məlikovla bacarmırlar
“Broker” MMC rəhbəri Ə.Məlikov kərə yağının ucuzlaşmasına imkan vermir.
Prezident kərə yağının idxal rüsumunun 3 dəfə azaldılması tapşırığı versə də, bazarda qiymətlər dəyişməz olaraq qalır.
Buna səbəb kimi illərdir ki, inhisarçılıqla məşğul olan Ə.Məlikov göstərilir. Gömrük rəisi və generallar ya onunla əlbirdirlər, ya da bata bilmirlər.
Prezidentə xəyanət kimi qiymətləndirilən bu vəziyyət sosial durumu ağırlaşdırmaq cəhdidir. Ölkə seçki ilinə yaxınlaşır və dövlət sosial layihələrin sayını artırır.
Ancaq gömrük generalları Ə.Məlikovun monopoliya fəaliyyətinə mane olmaq istəmirlər. Görünür ki, brokerə gömrükdə əl-qol açmağa şərait yaradanlar var.
Bu qüvvələr maraqlıdırlar ki, həm gəlirləri azalmasın, həm də sosial vəziyyətin pisləşməsinə görə iqtidar məsuliyyət daşısın.
Ancaq prezidentin fərmanı işləmirsə, kərə yağı bir qəpik də ucuzlaşmırsa, deməli hansısa güclər yırtıcı fəaliyyətindən əl çəkməyib.
Kərə yağının Avropada bir neçə dəfə bahalaşmasının bu yacın qiymətinin 22 manata yüksəlməsi ilə heç bir əlaqəsi yoxdur. Çünki eyni yağlar Gürcüstanda cəmi 5-6 manatadır.
İranda isə Yeni Zelandiya yağları daha ucuz qiymətə, 4-5 manata satılır. Bu məlumat göydə ildırım kimi çaxdı və hər kəsin diqqəti kərə yağının qiymətinin niyə bu qədər artmasına yönəldi.
Məsələ ən yüksək səviyyəyə qədər gedib çıxdı. Və çıxış yolu kərə yağı ilə bağlı gömrük rüsumlarını aşağı salınmasında görüldü.
Lakin bir çox ekspertlərin də artıq qeyd elədiyi kimi, gömrük rüsumlarını aşağı salınması kərə yağının qiymətinə çox cüzi təsir edəcək.
Ümumi rəy belədir ki, ən yaxşı halda kərə yağı bir, ya da iki manat ucuzlaşa bilər. Yəni faktiki olaraq kərə yağının qiymətinin Gürüstandakı qimyətinə çatdırılması mümkün deyil.
Hətta kərə yağının 1 il əvvəlki qiymətinə qayıtması da imkansız görünür. Bunun üçün hər şeydən əvvəl Əbülfəz Məlikovun kərə yağı bazarında monopoliyası ortadan qalxmalıdır.
Əbülfəz Məlikov bir müddətdir “Meyvəli” topdansatış bazasında monopoliya siyasəti ilə məşğuldur. Onun “Meyvəli”yə yollanılmasının isə öz tarixçəsi var.
Bir müddət əvvəl “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Əbülfət Qocayevə kömək üçün “Meyvəli” topdansatış bazasına göndərilib.
Onun ordakı əsas işi isə kənd təsərrüfatı mallarının tədarük və təchizat işlərini təşkil etmək və bu sahədə vahid qiymət sistemini və monopoliyanı formalaşdırmaqdır.
Əbülfəz Məlikovun “Meyvəli”yə gəlişindən sonra topdansatış bazarından qiymətlər qalxmağa başlayıb.
Bunu “Meyvəli”də çalışanlar da, bu topdansatış bazarına mal gətirənlər də və mal alanlar da təsdiq edirlər.
Əbülfəz Məlikovun apardığı “ərzaq siyasəti” nəticəsində ölkə əhalisi hakimiyyətdən narazı salınır.
Əhalini narazı salan təkcə “yağ siyasəti” deyil, həmdə meyvə-tərəvəz sektorunda tətbiq edilən monopoliyadır ki, bunun da araxında qeyd edildiyi kimi Əbülfəz Məlikov dayanır.
Əbülfəz Məlikovun rəhbəri Əbülvət Qocayev də bu antiPrezident aksiyasının arxasındadırmı, bunu bilmirik.
Bu istiqamətdə araşdırmalarımız davam edir. Görünən bir odur ki, hakimiyyətin nüfuzdan düşməsi cənab Məlikovun və onun himayədarlarının vecinə belə deyil, əsas odur ki, onların cibləri dolsun.
Məlumata görə Əbülfəz Məlikov bura özüylə böyük bir “qoçu dəstəsi” də gətirib. Bu “qoçular” daha əvvəl “Broker”də çalışmış təcrübəli insanlardır və onların diqqətindən demək olar ki, heç nə yayınmır.
Onlar hamısı Əbülfəz Məlikovu “Qurbanolduğum” deyə çağırırlar və bu ayama Əbülfəz Məlikovun çox xoşuna gəlir. Hər halda “Meyvəli”dən aldığımız məlumatda belə deyilir.
Əldə olunan gəlir isə “Broker”dəki qazancdan az deyil və “Meyvəli”dən yığılan pullar hər gün inkassataorlar vasitəsi ilə bazadan çıxarılır. İş prinsipi isə “Broker”dəkindən demək olar ki, fərqlənmir.
Belə ki, Əbülfəz Məlikovun “qoçular”ı onlara verilən hüdudsuz qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək ölkəyə daxil olan hər TIR-dan 500 azn “haqq” alırlar. Təbii, kiçik maşınlardan da kiçik hesablar alınır.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ