yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur
19-12-2017, 15:33 106 dəfə baxılıb

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin 18-19 dekabr 2017-ci il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutmuşdur.
Səfər çərçivəsində nümayəndə heyəti 19 dekabr 2017-ci il tarixdə “Fəxri xiyaban”a gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər gül dəstələri qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
Bununla yanaşı, nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə də görüşü baş tutmuşdur. Görüşdə Nərimanov rayonundan seçilmiş Milli Məclisin deputatları H.Məmmədov, A.Əliyev və R. Musabəyov da iştirak etmişlər. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, qeyd olunmuşdur ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılmışdır. Hazırda Azərbaycanla Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurmuşdur.
Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş və ümumi sahəsi 5 200 kv.m. təşkil edən Azərbaycan İş Mərkəzinin açılışı üçün aparılan hazırlıq işlərindən də danışılmışdır. Qeyd olunmuşdur ki, bu Mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olnan məhsullarımızın Rusiya ərazisində, xüsusilə də Rusiyanın cənub bölgəsində yayılmasına geniş imkanlar açacaqdır. Görüş zamanı həmçinin eyni layihənin - Həştərxan İş Mərkəzinin Bakı şəhərində inşası ilə bağlı bir sıra məsələlər də müzakirə edilmişdir.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin  rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Jilkinin, Heshterxan, Hakimiyyetinde, Qubernatoru, heyeti, etdiyi, Rayon, Aleksandr, numayende, Federasiyasinin, rehberlik, cra, Rusiya, olmushdur, vilayetinin, Nerimanov
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ