yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İki polkovnikin həbsi və bir broker gömrüyü silkələdi - Video

İki polkovnikin həbsi və bir broker gömrüyü silkələdi - Video
13-12-2017, 10:33 352 dəfə baxılıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) reputasiyası yerdən yerə vurulmaqdadır.
Məlumata görə, bəzi gömrük rütbəliləri bu qurumu gözdən salmaqdadırlar. Ona görə də komitədə narahatlıq və təşviş yarandığı bildirilir.
Komitənin iki polkovniki – Rəhim Həsənovun Gürcüstanda, Namiq Canıyevin Türkiyədə həbsi, gömrükdə baş inhisarçı kimi tanınan “Trans” MMC rəhbəri Əbülfəz Məlikovun idxal əməliyyatlarındakı qanunsuz işləri medianın baş səhifələrini bəzəməkdədir.
DGK sədri Aydın Əliyevin və komitənin nüfuzuna xələl gətirən bu faktlar gömrük haqda ən mənfi imici formalaşdırıb.
Fövqəladə hallar naziri Kamaləddin Heydərovun gömrük rəisi olduğu dövrdə bu hallara rast gəlinməmişdi.
Onun gedişindən sonra gömrük generalları, polkovnikləri barəsində inanılmaz faktlar üzə çıxmağa başladı. Kimisinin biznesi, kimisinin diplomunun saxta olması haqda iddialar meydana çıxdı.
Son aylarda isə polkovniklərin həbsi və brokerlər haqda yayılan məlumatlar komitə sədri çətin vəziyyətə salıb. İddialara görə, K.Heydərov da A.Əliyevin fəaliyyətindən narazıdır. Buna səbəb gömrüyün imicinin getdikcə demontaj olmasıdır.
Hətta vətəndaşlar arasında sorğu keçirilərsə, ilin ən çox tənqid edilən komitəsi məhz gömrük orqanları olacaq.
Çünki son 1-2 ay ərzində heç bir komitənin vəzifəli şəxsləri müxtəlif ittihamlarla həbs edilməyiblər.
DGK-nin Keşlə postunun rəisi N.Canıyev isə İstanbulda “Lotu Quli”yə sui-qəsd ittihamı ilə, polkovnik R.Həsənov isə Gürcüstanda qanunsuz olaraq psixotrop maddələrin saxlanılması maddəsi ilə həbsdədir.
Belə təsəvvür yaranır ki, gömrük orqanlarına işə qəbul zamanı kadrların bioqrafiyasına, həyat tərzinə, baxışlarına, təhsilinə və s. keyfiyyətlərinə diqqət yetirilmir.
Nəticə etibarı ilə narkotik maddə saxlayan şəxsə polkovnik rütbəsi verilir, digər polkovnik-post rəisi isə vəzifəsini başdı-başına buraxıb “qanuni oğru” dünyası ilə mübarizə üçün çırmanır.
Maraqlısı budur ki, 1978-ci il təvəllüdlü R.Həsənov uzun illərdir DGK-də çalışıb. Həsənov Bakı Dövlət Universitetinin hüquq fakultəsində sonra isə Rusiya Gömrük Akademiyasında təhsil alıb.
N.Canıyevin isə təhsili və fəaliyyəti haqda ətraflı məlumat yoxdur. Bilənən təkcə odur ki, məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin qardaşıdır.
O, İstanbulda Hacı Beyləqanski və Şeyx Həmzət kimi tanınmış avtoritetlərlə görüşüb. Gömrük komitəsinin isə hər iki polkovnikin fəaliyyətindən xəbərsiz olması müəmmalıdır.
Ən azından komitə sədri A.Əliyev və ya mətbuat xidməti açıqlama yayardı. Bu günə kimi nə N.Canıyevin Keşlə postundakı vəzifəsindən çıxarılması haqda məlumat var, nə də saxlanması.
Komitənin imicini yerlə bir edən üçüncü şəxs isə “Broker Əbülfəz” kimi tanınan monopolistdir. Onu mətbuat da, iş adamları da yaxşı tanıyırlar.
Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb.
Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, ekspertlər bu məsələyə çox liberal yanaşırlar.
Əslində isə elə il olub ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.
Onun “Broker” MMC, “Transbroker” MMC kimi qurumlarla uzun illər idxal-ixrac üzərində sərt monopoliya rejimi yaratması sirr deyil.
Onun biznes gizlinləri ilə bağlı daxil olan məlumatlarda “HORSE HUSBANDRY” MMC-i ilə hansı əməliyyatlar həyata keçirdiyindən də bəhs olunur.
2011-ci ilin martında yaradılan bu şirkət üç şəxs tərəfindən təsis edilib ki, təsisçilərdən biri də Əblüfəz Məlikovdur.
Neftin ucuzlaşması və məlum maliyyə-iqtisadi durum səbəbindən “broker”lərin nəzarət dairəsi də daralmaqdadır.
Hazırda inhisarda barmaqla sayılacaq qədər sahələr qalıb. Ancaq bu tendensiya “Broker Əbülfəz”in gəlirlərinin azalması anlamını doğurmamalıdır…


Nia24.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , ki, Video, silkeledi, broker, gomruyu, polkovnikin, hebsi, ve, bir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ