yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə - ŞOK GƏLİŞMƏ

Məmmədovlara “Zərrab işi”ndən böyük zərbə - ŞOK GƏLİŞMƏ
12-12-2017, 10:12 150 dəfə baxılıb

“Sığorta Mamed”in oğullarının maliyyə maxinasiyaları haqqında ABŞ məhkəməsi ortaya faktlar qoyarsa...; proses maliyyə nazirimizi də zədələyə bilər
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun (“Sığorta Mamed” kimi məşhurdur-red.) ailə üzvlərinin başı üzərindəki qara buludlar çəkilmək bilmir.
İllər öncə Hacı Məmmədov tərəfindən oğurlanan kiçik oğlu üçün iki dəfəyə 850 min dollar ödəyən “Sığorta Mamed”in adı məlum qrupun məhkəmə prosesi boyu mətbuatın gündəmindən düşmədi. Həmin vaxt da, elə indi də cəmiyyəti maraqlandıran suallardan biri açıq qalmaqdadır ki, oğlu üçün ödədiyi 1 milyon dollara yaxın paranı dövlətə məxsus sığorta şirkətinin rəhbəri haradan əldə etmişdi? Cəmiyyətə məlum olmasa da, görünür, Hacı Məmmədov dəqiqliyi ilə məlumatlı olub M.Məmmədovun gəlir yolları barədə. Ona görə də qurbanları arasında yalnız ondan 2 dəfə pul tələb edib.
Bir il öncə isə şirkət rəhbərinin böyük oğlu həbsdən canını güclə qurtara bildi. Maliyyə naziri Samir Şərifovun adamı kimi tanınan Elmar Məmmədov Beynəlxalq Bankın rəhbəri postu ilə bərabər, az qala azadlığını da itirməli olmuşdu. Səbəb isə oğul Məmmədovun dollar qara bazarını kurasiya edənlərdən biri olmasının təsbit edilməsi idi.
Xatırladaq ki, dollar qara bazarının hədsiz genişlənməsi Milli Məclisdə belə müzakirələrin açılmasına səbəb oldu. 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkilləri ölkədə “qara bazar”ın tüğyan etməsindən narahatlığını ifadə etdilər. “Qara bazar”da dollar satışına münasibət bildirən deputat Yevda Abramov bildirmişdi ki, əlaqədar qurumlar vəziyyətə nəzarəti itirib: “Metro stansiyalarının çıxışlarında dollar satılır. Bir gündə dollar 4-5 manat fərqlə satılır. Haradandır bu adamların maşınlarında bu qədər dollar?!”
Dövlətin bütün imkanlarını səfərbər edib manatın məzənnəsini sabitləşdirməyə çalışdığı bir zamanda E.Məmmədov və onun arxasındakı qüvvələrin qara bazarda qaz vurub, qazan doldurması çox böyük narazılıq və qəzəbə səbəb olmuşdu. Həmin vaxtlar hətta maliyyə nazirinin özünün də prosesin içərisində olduğuna dair məlumatlar yayılmağa başlamışdı. Hesab olunurdu ki, Beynəlxalq Bank və onun rəhbərliyinə nəzarəti həyata keçirən bir qurumun rəhbəri olaraq S.Şərifovun E.Məmmədovun qara bazardakı fəaliyyətindən məlumatsız olması mümkün deyil. Özü də elə bir zamanda ki, Beynəlxalq Bankın əvvəlki rəhbərliyinin böyük maliyyə fırıldaqları aşkarlanmış, ölkəyə səs salan cinayət işi üzrə məhkəmə istintaqı gedirdi. Bu şəraitdə hətta E.Məmmədovun nazirin başı üzərindən bütün dövlətin maliyyə sistemini çökdürməyə yönəlik fəaliyyətləri icra etməsi, S.Şərifovun isə bundan xəbərsiz qalması nazir üçün ən ciddi nöqsan sayılırdı. Lakin ötən ilin təxminən elə bu vaxtlarında proseslərin daha da dərinləşməsinə imkan verilmədi və E.Məmmədov, həmçinin “AzərTürk Bank” ASC-nin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov da daxil olmaqlab qrupun iş başından alınması ilə kifayətlənildi.
İndi isə M.Məmmədovun “AzərTürk Bank”ın “Mərkəz” filialının rəhbəri olan kiçik oğlu Əhməd Məmmədovun adı Amerikada İranın çirkli pullarının yuyulmasının təşkilində ittiham olunan Rza Zərrabın işində hallandırılır. Düzdür, Ə.Məmmədov mətbuata açıqlama verərək, cinayət işində adı keçən “Əhməd Məmmədov”un özü olmadığını, R.Zərrabı tanımadığını bildirib. Əhməd Məmmədov cinayət işindəki ad-soyad açıqlanan kimi insanların həmin şəxsin məhz o olması qərarına gəlməsinin səbəblərini açıqlaya bilməyib. Halbuki bu ailənin yaxın keçmişinə nəzər saldıqda, adlarının külli miqdarda maliyyə maxinasiyasında keçməsi faktının olması diqqəti cəlb edir.
Xatırladaq ki, R.Zərrab 2013-cü ildə İranın 87 milyard avro pulunun yuyulmasının təşkilatçısı kimi Türkiyədə həbs olunanda Azərbaycanla əlaqələrinin olduğunu etiraf etmişdi. Dollar qara bazarında çirkli pulların qazanılmasını təşkil edənlərdən biri olan Məmmədovlar ailəsinin Zərrab işində iştirakçı olması qənaətinin yaranması bəlkə də qeyri-adi görünməməlidir. Digər tərəfdən, əgər R.Zərrab işində adı keçən həqiqətən Əhəd Məmmədovdursa, onun indiki açıqlaması yalnız zaman qazanmaq məqsədli ola bilər. Çünki söhbət dünyanın ən hegemon dövləti, ən mükəmməl məhkəmə və kəşfiyyat sistemi olan ABŞ-dan gedir.
Bu ölkənin məhkəməsində kiminsə adı cinayət işində keçirsə, onunla bağlı bir məqam belə örtülü qala bilməyəcək. Mütəxəssislərin rəyincə, çox tezliklə ABŞ məhkəməsi adları keçən şəxslər, onların cinayət əməlində iştirakı barədə dəlilləri Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edərək, ölkə qanunvericiliyinə uyğun tədbirlərin alınmasını tələb edəcək. Bu zamansa həmin şəxslərin cəzadan yayınması mümkünsüz olacaq. Nəzərə almaq lazımdır ki, İran çirkli pullarının yuyulmasına görə Azərbaycanda böyük bir bankın - “Royalbank”ın fəaliyyəti dayandırılıb. Hansı ki, həmin vaxtlar bankın lisenziyasının məhz ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandakı həmkarlarına ötürdükləri materiallar əsasında geri alındığı deyilirdi.
Onu da qeyd edək ki, Məmmədovlar ailəsinin hamilərindən biri kimi daim maliyyə nazirinin adı hallanır. Hətta E.Məmmədovun dollar qara bazarındakı maxinasiyalara görə həbsdən qurtulmasında da Samir Şərifovun böyük rolunun olduğu deyilir. Bu baxımdan, Məmmədovlar ailəsinin daha bir üzvünün adının çirkli pulların yuyulması işində keçməsi maliyyə nazirinin də reputasiyasına zərər gətirən bir məqamdır. Nəzərə aldıqda ki, maliyyə naziri hökumətdə ən mühüm postlardan biri olaraq daim müxtəlif qrupların hədəfində olur, eyni zamanda S.Şərifova qarşı olan qüvvələr son vaxtlar daha çox aktivləşiblər, onda bu vəziyyətin ona qətiyyən sərf etmədiyini söyləmək olar.
Bir məsələni də qeyd edək ki, son vaxtlar maliyyə naziri ilə bağlı xeyli sayda heç də xoş olmayan məlumatlar yayılmaqdadır. Ə.Məmmədovun R.Zərrabla əlaqələri üzə çıxarsa, bu, S.Şərifov üçün daha bir minus sayılmaqla onun mövqeyinə zərbə vurmuş olacaq.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , ishinden, boyuk, Memmedovlara, ShOK, GELShME, zerbe, Zerrab
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ