yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi

Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi
11-12-2017, 15:22 122 dəfə baxılıb

Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib.

Rayon İH-dən Xalqxeber.Az-a daxil olan xəbərə görə, rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında danışıb. A.Fərzəliyev 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlərin Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Adil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Elmi Tədqiqat və Təbii Amillərlə Bərpa İnstitutunun direktoru Əlişir Musayev və digərləri çıxış edib.
Onlar H. Əliyevin siyasi kursunu ləyaqət və böyük inamla davam etdirən dövlət başçısının uzaqgörən və məqsədyönlü daxili və xarici siyasəti, həyata keçirdiyi ardıcıl və köklü islahatlar nəticəsində, bütün dünyanı bürüyən qlobal iqtisadi böhrana və münaqişələrə baxmayaraq, ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyini, həmçinin regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihənin həyata keçirilmədiyini diqqətə çatdırıblar.
Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi
Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi
Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi
Nərimanovda Heydər Əliyevlə bağlı tədbir keçirildi


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: tedbir, Eliyevle, kechirildi, bagli, Heyder, Nerimanovda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ