yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“YENİ TƏHSİL NAZİRİ QADIN OLACAQ” – “Mikayıl Cabbarov Baş nazirliyə hazırlanır”

“YENİ TƏHSİL NAZİRİ QADIN OLACAQ” – “Mikayıl Cabbarov Baş nazirliyə hazırlanır”
7-12-2017, 11:32 404 dəfə baxılıb

Prezident İlham Əliyevin dünənki sərəncamları ətrafında qızğın müzakirələr davam edir. Keçmiş vergilər naziri Fazil Məmmədovla bağlı məsələ aydındır – heç kim onun yenidən böyük vəzifəyə qaytarılacağını gözləmir və onun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri də, təxminən məlumdur.
F.Məmmədovun postunu tərk edəcəyi gözlənilirdi deyə, Prezidentin müvafiq sərəncamı təəccüb doğurmadı. Lakin Təhsil naziri Mikayıl Cabbarova münasibətdə bu fikri irəli sürmək mümkün deyil. Cənab Cabbarovun Təhsil Nazirliyindən Vergilər Nazirliyinə transferini çətin ki, kimsə proqnozlaşdıra bilmişdi.
Bununla belə, dünənki sərəncamlardan sonra M.Cabbarovla bağlı proqnoz verənlərin sayında artım var. Məsələn, iqtisadçı Qubad İbadoğlu hələ 1 sutkadan da azdır ki, Vergilər naziri postuna əyləşən Cabbarovla bağlı belə bir açıqlama-proqnozla çıxış edib: “Bu təyinatı Baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi dəyərləndirmək olar”
Q.İbadoğlunun daha bir proqnozu yeni Təhsil nazirinin kim olacağı ilə bağlıdır. “AzPolitika”nın məlumatına görə, iqtisadçı bu barədə “Facebook”da yazıb: “Böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: QADN, NAZR, YEN, Mikayil, nazirliye, TEHSL, hazirlanir, Cabbarov, Bash, OLACAQ
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ