yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Vergi düyünü: Kəmaləddin Heydərovun yeznəsinin vəzifədən getməsinin – Sirri

Vergi düyünü: Kəmaləddin Heydərovun yeznəsinin vəzifədən getməsinin – Sirri
5-12-2017, 22:21 1 036 dəfə baxılıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacısının həyat yoldaşı Faiq Şahbazovun vəzifəsindən azad olunmasının səbəbləri məlum olub.

Vergilər Nazirliyinin insan resursları departamentinin baş direktoru postundan gedən F.Şahbazovun işdən çıxarılması K.Heydərovla bağlı gedən proseslərin tərkib hissəsi kimi qiymətləndirilir.
Son aylar FHN rəhbərinin siyasi və iqtisadi mövqelərinin zəiflədilməsi müşahidə olunur.
Xüsusən də keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda biznes fəaliyyətinə “yaşıl işıq” yandırılması və nazirə aid bəzi müəssisələrin onun nəzarətinə keçməsindən sonra hadisələr yeni fazaya qədəm qoyub.
K.Heydərovun qeyri-rəsmi kurasiyasında olan “Gilan” holdinqdə Vergilər Nazirliyi tərəfindən audit yoxlamaları aparılması xəbəri, ardınca “Paşa holdinq”in tabeçiliyində “Neftchala Fish Factory” MMC-nin nazirlik tərəfindən qeydə alınması və “Caspian fish”in balıq bazarından çıxarılacağı proseslərin hansı istiqamətdə inkişaf etdiyini göstərir.
Bu hadisələrin davamı olaraq FHN rəhbərinin yeznəsinin Vergilər Nazirliyindəki vəzifəsindən getməsi incə bir nüansa diqqət çəkməyi zəruri edir – Kəmaləddin Heydərov ətrafında baş verənlər məhz vergi naziri Fazil Məmmədovun əli ilə gerçəkləşir…
“Fövqəlnazir”in sıxışdırılmasının səbəbləri və hara qədər davam edəcəyi, yekunun nə ilə nəticələnəcəyi haqda müfəssəl bilgilər olmasa da, 2018-ci ildə K.Heydərovla bağlı gedişat tam aydınlaşacaq.

AzEuroNews.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yeznesinin, Kemaleddin, getmesinin, Vergi, vezifeden, Sirri, Heyderovun, duyunu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ