SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vidadi Zeynalov mülklərini satır - Alıcılıarı kimlərdir?

Vidadi Zeynalov mülklərini satır - Alıcılıarı kimlərdir?

Tarix:

16-11-2017, 13:53

/ 1 091 dəfə oxundu.
Vidadi Zeynalov mülklərini satır - Alıcılıarı kimlərdir?

Nazir olmaq istəyən nazir oğlunu Çovdarovun əlindən kim qurtarıb; Nadir Qarayevlə Vidadi Zeynalovu bağlayan keçmş nədən ibarətdir…
Rabitə və Texnologiyalar nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalov ötən həftə həbsdən azad edilən mülklərini tez-tələsik satmağa qərar verib.
Onun alıcıları içində isə ən diqqət çəkən isim Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevdir.
Bu barədə daxil olan məlumatda bildirilir ki, Nadir Qarayev Vidadi Zeynalova məxsus olan iki mərtəbəli tikilini və 30 sot torpaq sahəsini 1 milyon manata alıb.
Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir qrup yüksək vəzifəli məmurları dövlətin milyonlarla manat vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs olunublar. “Rabitə İşi”nə görə həbs edilərək 12 azadlıqdan mərhum edilən və Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 ilə endirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həmçinin çoxlü sayda mülklərinin üzərindən həbs götürülmüşdü. Qeyd edək ki, dövlətin külli miqdarda vəsaitlərini mənimsədiyi üçün Vidadi Zeynalovun mal-mülkünə həbs qəti imkan tədbiri seçilmişdi. Lakin Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirdikdən sonra sabiq aparat rəhbərinin mülklərinin üzərinə qoyulmuş həbs qaldırıldı. Hazırda həbsdə olan Vidadi Zeynalov isə bu vəziyyətdən yararlanaraq mülklərini satır.
Daxil olan məlumata görə Vidadi Zeynalov həbsi qaldırılmış mal-mülkünü bir hissəsini təcili şəkildə yaxın adamlarına sataraq əlindən çıxartmaq qərarına gəlib. İddiaya görə Vidadi Zeynalova məxsus Xəzər dənizi kənarında, Salyan şossesinin 29-cu kilometrliyində ( Bakı Dərin Özülləri Zavodunun arxasında) yerləşən iki mərtəbəli tikilini və 30 sot torpaq sahəsini yaxın dostu, bir çox qaranlıq maliyyə maxinasiyalarında şəriki olan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev alıb. Məlumatda bildirilir ki, dostunun əmlakının əlindən çxımaması və gələcəkdə ona qaytarmaq üçün belə bir jesti edən Nadir Qarayev bu jest üçün 1 milyon manatından keçib.
Mənbə iddia edir ki, Nadir Qarayevlə Vidadi Zeynalovun yaxın münasibətləri uzun illərdir davam edir. Bu münasibətin birincinin aparat rəhbəri vəzifəsinə təyin edildikdən sonra başladığı deyilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün maliyyə məsələlərini öz əlində cəmləşdirən Vidadi Zeynalov həmin vaxt Maliyyə Nazirliyinin əsas idarəsi olan 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevlə birlikdə həyata keçirtdikləri müxtəlif maliyyə maxinasiyaları onları yaxın dost edib.
İnformasiya mənbəmizin bilgisinə görə Vidadi Zeynalov həbs ediləndə onun ailəsinə maliyyə köməyi edən şəxslərdən biri də məhz Nadir Qarayev olub. Nadir Qarayev Zeynalovlar ailəsinə davamlı olaraq maddi və mənəvi dəstək olub. Mənbə bunu vaxtı ilə Vidadi Zeynalovun Nadir Qarayevi MTN-nin əlindən aldığı və həbsdən qurtarması ilə bağlayır. Belə ki, 1 saylı Xəzinədarlıq İdarəsi rəisi etdiyi ciddi maliyyə maxinasiyaları ilə keçmiş MTN-çilərin diqqətini cəlb edib. Nadir Qarayevin işlərinə nəzər yetirən MTN-çilər dövlətin maliyyəsi hesabına onun əlini cibinə qoyaraq ayda külli miqdarda qanunsuz qazanc əldə etməsini müəyyən ediblər. Bundan sonra xüsüsi əməliyyat qrupu Çovdarovun rəhbərliyi ilə Nadir Qarayevi həbs edərək nazilriyə gətiriblər. Bundan xəbər tutan Vidadi Zeynalov isə dərhal hərəkətə keçib və dostunu Eldar Mahmudov “çete”sinin əlindən qurtara bilib. Məlumata görə Çovdarovdan qurtulmaq Nadir Qarayevə 1,5 milyon manata başa gəlib. Bundan sonra isə Nadir Qarayev Vidadi Zeynalovun verdiyi təlimatlar əsasında “MTN çete”sinin bir sıra tapşırıqlarını həyata keçirib. Xüsusi ilə iri tenderlərin “MTN çete”sinə və Vidadi Zeynalova yaxın olan şirkətlərə verilməsində Nadir Qarayevin xüsusi rolu olub. Nadir Qarayev bu durumdan özü də yararlanıb. Belə ki, 365info.az saytının yazdığına görə bir iş adamının şirkətini tenderlərdə qalib etdiyinə görə iş adamı onun evində uşaqları üçün yarım miliyonluq əyləncə mərkəzi yığdırıb. Hətta ölkə mətbuatında yazılan bəzi məlumatlara görə Nadir Qarayev keçmiş MTN rəhbərliyi ilə və Vidadi Zeynalovla olan əlaqələrindən istifadə edərək Maliyyə naziri olmaq həvəsinə düşüb.
Xatırladaq ki, Nadir Qarayevin atası Bədir Cəmil oğlu Qarayev 1987-1992-ci illərdə Azərbaycanın maliyyə naziri olub. Onun Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi gəlməsində isə qohumu və yaxın dostu, maliyyə nazirinin birinci müavini Azər Bayramovun xüsusi rolu olduğu ölkə mətbuatında dəfələrlə vurğulanıb.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AzMedia.info

Şərhlər

XƏBƏR LENTİ