SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovun həbs olunduğu deyilir - İDDİA

Ziya Məmmədovun həbs olunduğu deyilir - İDDİA

Tarix:

14-02-2017, 09:22

/ 3 005 dəfə oxundu.
Ziya Məmmədovun həbs olunduğu deyilir - İDDİA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, habelə Ramin Quluzadənin yeni nazirliyə rəhbər təyin edilməsi barədə Prezidentin sərəncamlarından sonra, sabiq nəqliyyat naziri Ziya Məmmədov barədə ilginc iddialar yayıldı.

Daxil olan məlumata görə, hüquq mühafizə orqanları Nəqliyyat Nazirliyində xüsusi tədbir həyata keçirib və nazir Z.Məmmədov saxlanılıb. Məlumata görə, Z.Məmmədovun müavinləri Musa Pənahov və Arif Əsgərov barəsində də günün sonuna doğru müvafiq tədbirlər görüləcəyi gözlənilir. Mənbələr onu da qeyd edirlər ki, nəqliyyat nazirliyinin yüksək vəzifəli məmurlarına ölkədən çıxmağa qadağa qoyulub və artıq nazirliyə aid vacib məlumatların hüquq mühafizə orqanları tərəfindən götürülməsinə başlanılıb.

Çox güman ki, yaxın günlərdə “MTN işi”ni xatırladan, silsilə cinayətlərdən bəhs olunan “Nəqliyyat işi” də ölkə gündəmini silkələyəcək. Xatırladaq ki, bu yaxınlarda mərhum general Rail Rzayevin qətlinə dair ilginc məlumatlar yayılmışdı. Belə ki, Nəqliyyat Nazirliyində çalışmış, hazırda həbsdə olan Rövşən Əhmədovun həyat yoldaşı Xanım Əhmədova mətbuata açıqlamasında şok iddialar səsləndirmişdi. Yayılan məlumatda deyilir: “Rövşən Əhmədov 2016-cı ilin aprelində Nəqliyyat Nazirliyində illərlə birgə çalışdığı yaxın qohumu Çingiz Baxşıyevin şikayət ərizəsi əsasında saxlanılıb. Onu Ç.Baxşıyevin 50 kiloqram qızılını oğurlamaqda ittiham ediblər.

Hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. X.Əhmədova vaxtilə Nəqliyyat Nazirliyində müşavir vəzifəsini tutmuş Çingiz Baxşıyevin onun həyat yoldaşını aradan götürmək istəyinin səbəbini belə izah edib: “Rövşən Əhmədov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət edir.

O, ölkə başçının müşaviri olan generalın zəhərlənməsi, general Rail Rzayevin öldürülməsi, ölkəyə hansı yollarla narkotiklərin daşınması haqda ifadə vermək istəyir. Rövşəni Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasına köçürməsələr, Çingiz Baxşıyev əlaqələri vasitəsilə onu da zəhərlədib öldürəcək. Vaxtilə o, general rütbəsində olan müşaviri də Türkiyədən gətirtdiyi həblə zəhərləmişdi.

Bunu Rövşən detallı şəkildə bilir. Həmin müşavir 9 ay müalicədən sonra zorla özünə gəldi. Rövşən həmin cinayət haqda məlumatlıdır. Rail Rzayevin killeri haradan gəlib, onu kim gətirdib, bunları da bilir. Çingiz Baxşıyev həyat yoldaşımı məhz bu cinayətlər haqda məlumatlı olduğuna görə öldürtməklə susdurmaq istəyir”.

Məsələyə aydınlıq gətirmək üçün sabiq Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənova dəfələrlə zəng etsək də, N.Həsənov zənglərimizə cavab vermədi.

Araşdırmamız davam edir.

Qafqaznews

Şərhlər

XƏBƏR LENTİ