SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"

214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"

Tarix:

10-11-2017, 10:45

/ 93 149 dəfə oxundu.
214 saylı məktəbin direktoru müəllimlərdən pul yığır - "nazirlik də məndən tələb edir"

Redaksiyaya göndərilən şikayət məktubunu təqdim edirik.

Müəllimlərin əmək haqlarının aşağı olmasına baxmayaraq, Təhsil Nazirliyinin tələbi ilə müəllimlərdən əlavə pullar yığılır. Bu pullar dərsdən sonra uşaqları universitetə hazırlaşmağa kömək edən müəllimlərdən, yəni repititorlardan tələb olunur. Bu pulları da direktor Nazirliyə görə yığdığını deyir.
Məktəb təhsil ocağıdır. Məktəb müqəddəsdir. Yadimdadır ki, biz məktəbdə oxuyan zaman müəllimlərin müqəddəs bir varlıq olduğunu düşünürdük. Amma indiki zamanda bəzi direktorların tələbi ilə yığılan pullar müəllimləri həm şagirdlərin, həm də valideynlərin gözü önündə aşağı salır. Pulların yığılıb hara gedəcəyi bilinmir. Qeyd etdiyimiz hadisələrdən biri Nizami rayonunda yerləşən 214 saylı tam orta
məktəbin direktoru Ağayeva Esmira Azər qızının idarə etdiyi məktəbdə rast gəlinir. Direktor məktəbdə repititorluqla məşğul olan müəllimlərdən aylıq pul tələb edir. Həmçinin müəllimləri məcbur edir ki, kim
onlarla məşğul olmasa, kurslara və ya digər müəllimlərin yanına hazırlığa gedən şagirdlərin qiymətini salsın aşağı ki, onlar sizinlə məşğul olsun, xeyri bizim məktəbə qalsın. Müəllimlər etiraz etdikdə, Esmira xanım deyir ki, nə edək Nazirliyin tələbidir. Amma heç kim bilmir ki, pulları həqiqətən Nazirlik tələb edir, yoxsa Esmira xanımın öz təşəbbüsüdür. Bundan agah olan valideynlər çox narahat olurlar.
Valideynler qeyd edirlər ki, müəllimlər əvvəlki direktorların dövründə başqa qiymətə məşğul olurdularsa, hazırda Esmira xanımın tələbi ilə qiymətlərin artmasına səbəb olub və uşaqlar qorxudan digər müəllimlərə də müraciət edə bilmirlər. Direktorun dediyinə əsasən hər şagirdə görə Nazirlik üçün pul yığır və iddia edir ki, pullar mənə çatmır, Nazirlik də məndən tələb edir. Bu qədər uşağa Nazirlik necə nəzarət edə bilər? Lakin fakt odur ki, 214 saylı məktəbdə müəllimlər repititorluq pullarından diroktorun katibəsinə ödəniş edirlər. Yaxşı olardı ki, Nazirlik bu işlə əlaqədar açıqlama versin, direktorun özbaşınalığına son qoysun.

Anaxrber.Az

Şərhlər

XƏBƏR LENTİ