SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ramil Usubov və Mədət Quliyev İŞİD-ə qarşı çırmanıb - Pərdəarxası...

Ramil Usubov və Mədət Quliyev İŞİD-ə qarşı çırmanıb - Pərdəarxası...

Tarix:

30-10-2017, 08:50

/ 61 583 dəfə oxundu.
Ramil Usubov və Mədət Quliyev İŞİD-ə qarşı çırmanıb - Pərdəarxası...

Azərbaycan xalqı sabitlik və təhlükəsizliyin təminatında iki güc strukturuna güvənir - Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti
Məlumata görə, DİN və DTX-nın fəaliyyəti son dərəcə əhəmiyyətli bir dövr yaşamaqdadır.
Ölkəmizi gözü götürməyən qüvvələr, Azərbaycanın inkişafını və sabitliyini həzm etməyən dairələr marginalları hərəkətə keçirir. Lakin onların təxribat xarakterli cəhdləri, terror planları hər dəfəsində suya düşür.
DİN və DTX-nın ayıq-sayıqlığı, çevik və operativliyi, peşəkar əməliyyatçıları ekstremistləri zərərsizləşdirə bilirlər.
Son hadisələrdə də Mədət Quliyevin rəhbərliyi altında DTX-nın İŞİD-in təsiri altında olan “cihad”çıları məhv etməsi uğurlu əməliyyatlarla bərabər xalqın etimadını qazanmaqdır.
Son aylar DTX-nın radikal dini dairələr, terror qrupları və digər cinayətkar ünsürlərlə bağlı bir-birinin ardınca həyata keçirdiyi uğurlu əməliyyatlar, xalqın və dövlətin təhlükəsizliyinə təhdid təşkil edən halların qətiyyətlə aradan qaldırılması cəmiyyət tərəfindən də təqdirlə qarşılanmaqdadır.
MTN-nin ləğvindən sonra DTX yaradıldı və bu qurumun rəhbərliyinə olduqca peşəkar olan Mədət Quliyev gətirildi.
Vaxtiylə milli təhlükəsizlik qurumundan uzaqlaşdırılan peşkarların yenindən xidmətə dəvət edilməsi prosesi başladı.
Bu və digər addımlar DTX-nın həm əməliyyat-axtarış bacarıqlarını yüksəltdi. Son əməliyyatlar da bunu bir daha təsdiq edir.
Məlumata görə, DİN rəhbəri Ramil Usubov, DTX rəisi Mədət Quliyev həm dövlət rəhbərliyinin, həm xalqın böyük rəğbətini qazanıb.
İnsanlar küçədə rahat gəzə bilirsə, restoranda otura bilirsə, hər hansı təxribat baş vermirsə onların rəhbərlik etdiyi orqanların fəaliyyətinin nəticəsidir.
Ölkəmizi gözü götürməyən qüvvələr hər dəfə yarışmalar olanda məkrli planlar hazırlayır. Avropa Oyunları, Avroviziya ərəfəsində də oxşar hadisələr yaşanmışdı.
Ona görə prezidentin razı qaldığı və vətəndaşların da güvəndiyi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidir.
Bu qurumlar təxribatçı qüvvələri ifşa edir, bəzi dairələrin projelərini dağıdır. Son dövlərdə casus şəbəkələrinin de-şifrə olunmasını da xüsusi qeyd etmək lazımdır.
Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir.
Bir müddət əvvəl türk mətbuatı yazmışdı ki, İŞİD Türkiyə və Azərbaycanda silsilə terror aktları hazırlayır. Bunun üçün Azərbaycan və Şimali Qafqazdan olan yaraqlılar seçilib.
Məlumatlar İstanbulun Atatürk aeroportunda baş verən terror aktından sonra keçirilən terror əleyhinə əməliyyatların gedişatında toplanıb. Xatrladaq ki, İŞİD terror qruplaşmasına Azərbaycandan olan yaraqlılar da qoşulub.
Onlardan bir hissəsi İraq və Suriya ərazisində döyüşlər zamanı öldürülüb, digər hissəsi isə Azərbaycana geri qayıdarkən həbs edilib. Amma azərbaycanlı yaraqlıların bir hissəsi hələ də İŞİD sıralarında qalmaqda davam edir.

Şərhlər

XƏBƏR LENTİ