yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi

DTX Bakıda əməliyyat keçirdi: radikal dindarlar həbs edildi
18-10-2017, 17:19 58 632 dəfə baxılıb

Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.

Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib.

Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu, Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edildi, Bakida, radikal, hebs, kechirdi, DTX, dindarlar, emeliyyat
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ