yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İqtisad Universitetinin istintaqı rüşvətxor deputatı təşvişə salıb - Müdhiş təfsilat...

İqtisad Universitetinin istintaqı rüşvətxor deputatı təşvişə salıb - Müdhiş təfsilat...
11-10-2017, 09:15 66 633 dəfə baxılıb
yüklənir...

Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq sabiq rektor, deputat Şəmsəddin Hacıyevi təşvişə salıb
Xəbərə görə, əməliyyat tədbirləri davam etdirilir və millət vəkilinin dövründə yol verilmiş korrupsiya, maxinasiya faktları təftiş olunur.
Aparılan araşdırma nəticəsindən asılı olaraq ayrı-ayrı şəxslərə qarşı cinayət işi açıla bilər. Bunu Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə çıxan nəticə ondan ibarətdir ki, sabiq rector barəsində ayrıca cinayət işi başlana bilər. Ş.Hacıyevin rektor vəzifəsindən göndərilməsindən sonra mövqeləri çox zəifləyib.
Hazırkı rektor Ədalət Muradov da onunla hesablaşmır. Ziya Məmmədovun vəzifədən gedişi də Ş.Hacıyevin himayədarlıq baxımdan mövqeyini laxladıb.
Görünən budur ki, sabiq rektorla bağlı proses yekunlaşmayıb və təhlükə sovuşmayıb. QHT rəhbərinin açıqlamasından da bu eyham hiss olunur.
Ə.Nuriyev qeyd edib ki, İqtisad Universitetində aparılan yoxlamalar nəticəsində cinayət faktları meydana çıxıb:
"Hesablama Palatası birbaşa bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokuroluğa müraciət edib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırma aparılır.
Araşdırma nəticəsindən asılı olaraq şəxsə görə yox, fakta görə cinayət işi qaldırılıb. Gələcəkdə bu cinayət işinə görə ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi istisna edilmir. Kim məsuliyyətə cəld ediləcək, yaxud kimlər kənarda qalacaq, bu dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq”.
Hesablama Palatası Azərbaycan Dövlət İqtisad Universitetində ciddi korrupsiya faktları aşkarlayıb.
Ş.Hacıyevin dövründə yeyinti faktları, rüşvət yığımı sir deyildi.
Məlumata görə, Ş.Hacıyevin rektor olarkən ailə üzvlərinin - həyat yoldaşının, qardaşı oğlunun, baldızı qızının birgə idarəçiliyində olduğu "Turan-2009" MMC, ”İqtisadçı" MTK və digər şirkətlər vasitəsilə İqtisad Universitetində milyonlarla manatlıq "əməliyyat” aparıblar ki, bu da hazırda deputatın və ailə üzvlərinin barəsində cinayət işi açılmasını gündəmə gətiribdir.
Bizi məlumatlandıran mənbənin sözlərinə görə, universitetdə aparılan "maliyyə əməliyyat”ların 90 faizi qanunvericiliyin əksinə olaraq, tendersiz baş verib.
Yəni Ş.Hacıyev Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan böyük pulların mənimsənildiyi əməliyyatları özbaşına həyata keçirib:
"Məsələn, 2011-ci ildə 166,822 manatlıq, 2012-də 136.748 manatlıq tender keçirildiyi halda, 2013-cü ildə, məhz Mikayıl Cabbarov nazir işlədiyi vaxtlarda 11 milyon 29 min 907 manatı guya müxtəlif işlərə xərcləyiblər:
”Bu vəsaitdən 1 milyon 145 min 269 manatı təmir, 2 milyon 123 min manatı inventar, maşın, avadanlıq, təsərrüfat malları, dəftərxana məsrəfləri, 7 milyon 745 min 887 manatı isə sağlamlıq kompleksinin tikintisi adıyla təyinatından yayındıraraq, mənimsəyiblər.
O, hətta o qədər irəli gedib ki, arvadının təsisçi, qardaşı oğlunun direktor, baldızı qızının isə baş mühasib olduğu "Turan” MMC-nin vasitəsiylə 3 il ərzində oxşar əməliyatlarla 11 milyonu universitetin hesabından çıxarmağa da nail olub”.
Böyük ehtimalla Hacıyevə o pulların geri ödənilməsinə məcbur ediləcək. Əks halda isə Azərbaycanda bir ilkə imza atılacaq. Yəni deputatı korrupsiyada ittiham edərək, mandatına son veriləcək, barəsində rəsmi cinayət təqibi başlanacaq.
Belə olan halda isə, sabiq rektorun ailə üzvləri və onun universitetdəki dəstəsi də bu təqibdən yaxa qurtara bilməyəcəklər.
O, Quba rayonunun füsunkar Nüvədi-2 kəndində guya ADİU-nun müəllimləri və tələbələri üçün sağlamlıq mərkəzi tikdirmək adı ilə dövlətdən yer ayırmağa nail olur.
Mərkəzin tikintisi üçün 4 milyon 300 min nəzərdə tutulan ilkin smeta bir müddətdən sonra fantastik rəqəmə, 7 milyon 200 minə çatdırılır.
Hazırda bu tikintinin faktiki olaraq neçəyə başa gəlməsi və sonralar bu mərkəzdə kimlərin istirahət etməsi hələ də müstəntiqlər tərəfindən araşdırılır.
Məlumatlı şəxs deyir ki, bütün bunlar hazırda cinayət işinin əsas predmeti olaraq, Hacıyevin başının üzərini kəsdirib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: rushvetxor, istintaqi, , tefsilat, qtisad, teshvishe, salib, Mudhish, deputati, Universitetinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ