SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Deputat oğlunun 8 milyonluq işi: şərikinin vəkilinə kim pul verir?

Deputat oğlunun 8 milyonluq işi: şərikinin vəkilinə kim pul verir?

Tarix:

6-10-2017, 09:41

/ 88 749 dəfə oxundu.
Deputat oğlunun 8 milyonluq işi: şərikinin vəkilinə kim pul verir?

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən dələduzluq işi səngimək bilmir
Palitika.Az-ın verdiyi məlumata görə, millət vəkili Həbib Axundovun şərikinin cinayət işi 4 ildir media səhifələrindən düşmür.
Dələduzluq əməli zərər çəkənləri istintaq qapılarında qoyub. Axundovlar isə İbrahimova qahmar çıxmaqla onu qoruyurlar, vəkilinə dəstək verirlər.
Son xəbərə görə, Rusiya Ali Məhkəməsi deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.
Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar.
Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək.
Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.
Məlumata görə, E.İbrahimovun vəkili Axundovlar tərəfindən qonorarla təmin edilir.
2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub.
Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar.

Şərhlər

XƏBƏR LENTİ