SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ATV Ramiz Mehdiyevdən alındı? – Sensasion iddialar

ATV Ramiz Mehdiyevdən alındı? – Sensasion iddialar

Tarix:

2-10-2017, 11:41

/ 38 917 dəfə oxundu.
ATV Ramiz Mehdiyevdən alındı? – Sensasion iddialar

Azad Azərbaycan telekanalında (ATV) baş verən çevriliş “səlib yürüşü” şəklində oldu. Mill Teleradio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli və komandası ATV-yə “basqın” edərək telekanalda qiyama nail oldu. Bu, Azərbaycanın telemediasında ilk hadisəydi. ANS-in fəaliyyəti dayandırılanda N.Məhərrəmli telekanala gedərək rəhbərliyi “qandallamamışdı”.
Hətta vaxtilə ABA, Sara kimi telekanalların da bağlanması prosesi bir düymənin basılması ilə həyata keçmişdi.
ATV-yə isə “hücum” edən MTRŞ səlahiyyətliləri məhkəmə qərarı olmadan, kollektiv daxilində rəy soruşmadan özəl bir KİV-in rəhbərliyini işdən kənarlaşdırdılar. Hərçənd,Vüqar Qaradağlı özəl bir mediaya rəhbərlik edirdi. Onun qolundan tutaraq qapıdan çölə atıb qovmaq absurd idi.
Amma Azərbaycanda müstəqil mətbuatın baş daşını qoyanlar total nəzarət etdikləri teleməkanda çoxdan öz istəklərini diktə edirlər. Ona görə də təəccüblü deyildi ki, V.Qaradağlını məktəb uşağı kimi ATV-nin binasından çıxarıb bayıra atdılar. Bu, sanki Əlincə, Əlamut və s. qalaların zəbtiydi. Nəticədə növbəti özəl telekanal əl dəyişmiş oldu.
Əgər ANS-in bağlanmasına səbəb Fətullah Gülən göstərilirdisə, ATV-dəki rəhbər dəyişikliyi Şeyx və Abutalıbov barəsində aparıcı Turanın tənqidlərinin olduğu söylənirdi.
İndi bilmək olmur Turan katalizator rolunu oynayaraq məqsədli şəkildə açıq tənqidlər səsləndirib ki, hakimiyyəti V.Qaradağlının üstünə qaldırsın yoxsa sadəcə özfəaliyyət dərnəyi olub. Hər halda ikinci versiya ağlabatan görünmür.
Çünki bir verilişə görə telekanalı “şmon” etmirlər, rəhbərliyi köklü sürətdə dəyişmirlər, 30-dan çox əməkdaş işdən çıxarılmır, başqa-başqa verilişlər qapadılmır. Deməli, ssenari qabaqcadan siyasi hakimiyyətin”mətbəx”ində yazılaraq dövriyyəyə buraxılıb. Bundan sonra ATV-nin siması tamamilə dəyişəcək. Axı sənə kim ixtiyar verib ki, söz azadlıqlaının yazılı mediada artıq buxovlandığı bir dövrdə 10 milyonluq xalqın qabağında canlı yayımda dövlət məmurlarını hədəfə alaraq onları qamçılayasan?!
Bu, bağışlanmaz siyas şantaj idi. Ona görə də Azər Xəlilovun Vüqar Qaradağlının yerinə gətirilməsindən sonra ATV-də xəbərçilik, analitika, müxtəlif obyektlərdə çəkiliş aparıb nöqsanlar tapmaq prioritet olmayacaq. Amma şou proqramların yayımına daçəki-düzən veriləcək.
ATV-dən çıxarılarkən V.Qaradağlı əli qandallı olub. Onun həbsinə belə getməyə hazırlıq var imiş. Telekanal rəhbəri təkcə siyasi kursda yanlışlığa yol verməyib, maliyyə əməliyyatlarında da yuxarıları qəzəbləndiribmiş.
Bu baxımdan işdən qovular-qovulmaz onun villaları, mal-mülkləri barədə dosye mətbuata sızdırıldı. Hər halda qarışıqlıq içərisində hansısa jurnalistin V.Qaradağlının malikanələrini araşdırıb ortaya çıxarmasına inanmaq sadəlövhlük olardı.
Söhbət ciddi maliyyədən, reklam gəlirlərindən əldə olunan vəsaitlərin xərclənməsindən gedirdi. Deməli, ATV-yə N.Məhərrəmlinin “Domokl qılıncı” ilə soxulmuş qüvvələr telekanalı bir göz qırpımında götürərək qarşı tərəfə master-klass keçdilər.
Daha dəqiq desək, hakimiyyət içindəki Bakı-Şirvan qanadı media siyasətində öz imperiyasını yaratmağa başlayıb.
Əvvəlcə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan media holdinqlər, qəzet və xəbər portalları onun əlindən alınır, sonra növbəli şəkildə teleməkana baxış keçirilir, ATV kimi aparıcı və gəlirli kanal Bakı qruplaşmasının nəzarətinə keçir.
Bu prosesin hələ başlanğıcıdır. Bakı klanı müxalif mediada da öz emissarlarını qazanmağa cəhd edəcək. Ardınca KİV-ə nəzarət sistemini götürəcək. Söhbət KİVDF-dən gedir. Üstəlik, iqtidarı tam ələ alanda yeni media siyasətinin olması da gözləniləndir. ANS-in açılması belə istisna deyil. Bu yaxınlarda Vahid Naxışın özünəinamlı müsahibəsinin altında gizlənən mesajlar da məhz qeyd etdiyimiz planlardan qaynaqlanır.
Hakimiyyəti idarə etmək üçün təşkilat, təbliğat və təşviqat olmalıdır.Bakı qruplaşması da hər üç müddəanı əldə bayraq tutaraq irəliləməkdədirlər. İddialara görə, ATV-dəki çevriliş də aparıcı Turan bəhanə olmaqla telekanalın ələ keçirilməsi niyyəti ilə baş tutub. Əvvəllər bu telekanal Diaspora komitəsinin sədri Nazim İbrahimovun nəzarətində idi. Komitə sədrinin də Naxçıvan qruplaşmasının üzvü olduğu sirr deyil.
Amma bir neçə il qabaq Yeni il axşamı prezident efirdə çıxış edərkən ekranda cizgi filmi görünməsi N.İbrahimovun başında çatladı. Həmin hadisənin təxribat yoxsa texniki xəta olduğunu söyləmək çətindir.
Lakin ATV İbrahimovdan alındı. Amma telekanal Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin komandasının nəzarətindən çıxmadı.
Bu dəfə isə aparıcı Turan cizgi filmini təkrarladı və proje uğurlu alındı. Onu da demək yerinə düşər ki, Mehman Əliyev həbs olunanda AYB özbaşına müraciət ünvanlamamışdı. Ziyalıların müraciəti məhz islahatçı qanadın məmurlarının tapşırığı əsasında olmuşdu. Bu müraciətə görə Abutalıbov AYB-nin “26”lar kafesini sökdürdü.
Turanın da canlı yayımda AYB-yə qahmar çıxması eyni mərkəzdən gələn təlimat əsasında ola bilər. Bu versiya istisna edilmir. Beləliklə, iqtidarın köhnə qvardiya ilə yeni qanadı arasında konfliktlər ilk dəfə teleməkana transformasiya olundu. Nəticə bəllidir…
Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ