XalqXəbər.Az

Məzahir Pənahov Dövlət büdcəsini hansı yollarla mənimsəyir?

yüklənir...
Məzahir Pənahov Dövlət büdcəsini hansı yollarla mənimsəyir?
30-09-2017, 11:47
yüklənir...

Demokratiyanın əsaslarını özünə birləşdirən amillərdən biri də azad və demokratik seçki sisteminin mövcud olmasıdır. Azərbaycanda saxtalaşdırılmış seçkilərin tez-tez təkrarlanmasını nəinki ölkə daxilində, hətta ölkə xaricində belə hər kəs bilir və xəbərdardır. Beynəlxalq demokratik təşkilatların da Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü sanksiyalar, insan haqqlarının pozulmasına, medianın susdurulmasına qarşı yönəlmiş addımları da az deyil. Lakin, “burada mənəm, Bağdatda kor xəlifə” prinsipləri ilə hökümranlığını öz gücü ilə davam etdirən hakimiyyətin xalqın cibinə girməsi ilə yanaşı, dövlət büdcəsini talaması halları da, hamımıza bəllidir. Bəs dövlət büdcəsi kimlər tərəfindən və necə talanır? Demokratik seçkilərdən bəhs etməyimiz əbəs yerə deyil. Çünki, “Monitor” seçkilərin saxtalaşdırılmasında yaxından iştirak edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun dəbdəbəli həyatından öz araşdırmalarını oxucularına təqdim edəcək.

Məzahir Pənahov kimdir? Dövlət büdcəsini hansı yollarla mənimsəyir?

1951-ci ildə doğulmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professordur. 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmiş və MSK-nın sədri seçilmişdir. 17 illik hakimiyyəti dövründə eyni postu zəbt edən Məzahir Pənahovun 17- dən çox əmlakı var. Əslində Azərbaycan reallıqlarına nəzər yetirsək, adi bir bələdiyyə sədrinin milyonluq villasının olduğu halda, deputatların, icra başçılarının, bir çox rəhbər vəzifədə əyləşən şəxslərin qorxduğu MSK sədrinin bu qədər mal-mülkünün olması da, gözləniləndir. Yalnız bizim ölkənin “praktika”sına məxsus olan, 1500-2000 AZN əmək haqqı ilə, 15-20 milyonluq bahalı həyata sahib olmaq “qabiliyyət”i görünür Məzahir Pənahovda da, peşəkarlıqla formalaşıb. Elə olmasaydı, bu qədər milyonluq işlərə imzalar atmazdı. MSK sədrinin qəribə xasiyyətlərə malik olması onu tanıyan şəxslər arasında və yuxarı dairələrdə dillər əzbəridir. Özünün və ailəsinin dövlət büdcəsinə vurduğu zərbələr isə mühüm məsələlərdən biridir.
Belə ki, Məzahir Pənahovun 9-cu mikrarayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi (yayda bu villasında qalır), Nizami metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, Səbail,Abbasqulu Abbaszadə,2 küçəsində 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının İnqilabda bir evi, Hafiz Paşayevin bağı ilə üzbəüz Zuğulbada bağ evi, Nərimanovda, “montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası, üstəlik bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib, bu yaxınlarda fəaliyyətini müvəqqəti dayandırmış “La Villa” adlı restoranı, övladları Məhəmməd və Araz Pənahovların bahalı avtomobilləri, ( 10 OU 002- Araz Pənahovun avtomobillərindən birinin nömrəsi) və.s var-dövlətini özündə əks etdirən, lüks həyat tərzi sürməsi araşdırmalarımız zamanı məlum oldu.
Bütün yeni təmirdən çıxmış, tikilmiş evlərin də təmizlik işlərini MSK-nın işçiləri, xadimələri həyata keçirirmiş. MSK-danın binasında yataq otağı, vanna otağı, mətbəxi olan Məzahir Pənahov, hər gün burada dincəlir və həmin vaxt onu narahat etmək qəti qadağan olduğu bildirilir. Yeməkləri MSK –nın binasında hazırlanır və evlərinə aparılır. Bunun üçün dövlət avtomobilindən və dövlətin yanacağından istifadə edilir. Bu da dövlət əmlakının şəxsi işləri üçün istifadə edilməsinin bariz nümunəsidir. Dövlət əmlakı demişkən, hər seçki vaxtı gələn bütün ləvazimatlar Çindən öz adamları tərəfindən gətirilib, Bakı gömrüyündə rəsmiləşdirilir və bununla da yüksək məbləğli pullar dövlət büdcəsindən silinərək, Məzahir Pənahovun büdcəsinə gedir. MSK sədrinin maliyyə məsələlərini Rövzət adlı şəxs həyata keçirir. (Gömrük sənədləri və dəqiq məbləğ növbəti araşdırma yazımızın digər sayında sizlərə təqdim olunacaq).
M.Pənahovun böyük oğlu Məhəmməd Pənahov, bir neçə il öncə qısqandığı üçün sevgilisinin maşınını güllə-borana tutmuşdu. Məsələnin böyüməsini görən Pənahovlar qıza təzə maşın alıb qaytarmış, Məhəmmədi isə bir müddətlik xaricə istirahət adı ilə yola salmışdılar. Hətta, araşdırmalarımız zamanı məlum oldu ki, kiçik oğlu Məhəmmədin hər gün keçirdiyi “kef” məclislərinin səs küyündən narazı olan qonşusu Ziyafət Əsgərov, zəng edərək Məzahir Pənahova oğlundan şikayət edib. Mənbələrimizdən əldə etdiyimiz özəl məlumatların birində isə bildirilir ki, M.Pənahovun kiçik oğlu Araz həftəlik 10.000 ABŞ dolları xərcləyir. Araz Pənahov əvvəl Milli Təhlükəsizlik Nazirliyində işləyirmiş. 2013-cü ildə isə öz istəyi ilə işdən çıxarıldığı qeyd olunsa da, bizdə olan məlumata görə, nazirlikdən atılıb. Məzahir Pənahovun MTN hadisələrində ən çox dinlənilən şəxslərdən biri olması da, diqqətimizdən qaçmadı.
Qızı Ülkər Pənahova Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Ülkər Pənahovanın yoldaşı Xaliq Qocayev Ədliyyə Nazirliyinin əməkdaşıdır. Ülkər xanım isə ona məxsus olan Mercedes SLC markalı avtomobili Dubaya gedərək özü seçib alıb.
Məzahir Pənahovun bir qardaşı Yevlaxın prokuroru olub və barəsində də, həddən ziyadə çox şikayət olub. Digər qardaşı Mahir Pənahov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi işləyib. İndi hal- hazırda, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini işləyir. Tanınmış blogger Mehman Hüseynovun məhkəməsinə də, sədrliyi Məzahir Pənahovun qardaşı oğlu Babək Pənahov edib. Məhkəməni ABŞ səfirliyi tərəfindən müşahidə edən də, M.Pənahovun digər qardaşı oğlu Hüseyn Pənahov olub.

Araşdırmamız davam edir.( ARDI VAR...)
Məzahir Pənahov Dövlət büdcəsini hansı yollarla mənimsəyir?
Məzahir Pənahov Dövlət büdcəsini hansı yollarla mənimsəyir?
Məzahir Pənahov Dövlət büdcəsini hansı yollarla mənimsəyir?

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.