SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Nazim İbrahimova “yol görünür”: - Dövlət Komitəsinin ləğvi gündəmə gəldi

Nazim İbrahimova “yol görünür”: - Dövlət Komitəsinin ləğvi gündəmə gəldi

Tarix:

26-09-2017, 09:39

/ 37 196 dəfə oxundu.
Nazim İbrahimova “yol görünür”: - Dövlət Komitəsinin ləğvi gündəmə gəldi

Mayın 15-də Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması üçün Rusiya Ədliyyə Nazirliyinin Ali Məhkəməyə verdiyi iddia təmin olundu və qurumun qeydiyyatının ləğv olunması barədə qərar verildi. ÜAK-ın qeydiyyatının ləğv olunması haqqında verilən qərar Azərbaycanda ciddi etirazla qarşılandı. Milli Məclis üzvləri, bir sıra məmurlar bunu Rusiyanın Azərbaycana qarşı təzyiqi kimi qiymətləndirdi. Rusiya Ali Məhkəməsinin verdiyi qərarın ləğv olunması və ÜAK-ın fəaliyyətinin davam etdirməsinin vacibliyi vurğulandı. Ancaq nəticə dəyişmədi. Rusiya Ali Məhkəməsinin verdiyi qərar qüvvədə qaldı.
ÜAK-ın ləğv olunması Diaspor ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini yenidən gündəmə gətirdi. Ümumiyyətlə, son zamanlar Diaspor Komitəsinin rəhbəri Nazim İbrahimovun başı üzərindən “qara bulud”lar əksik olmur. Hələ bir neçə il bundan öncə onun rəhbərlik etdiyi bu qurumun ümumiyyətlə, ləğv olunması məsələsi gündəmə gəlmişdi. Qeyd edək ki, Diaspor ilə İş üzrə Dövlət Komitəsi ilə yanaşı dotasiya hesabına fəaliyyət göstərən, ancaq heç bir uğurlu nəticə göstərməyən digər qurumların da ləğvi gündəmdə idi. Görünən odur ki, hökumət özünü doğrultamayn dövlət qurumlarının ləğvi prosesinə Diaspor ilə İş üzrə Dövlət Komitəsindən başlayacaq. Çünki artıq Nazim İbrahimovun bir sıra vəzifələri əlindən alınır. Ötən gün Nazim İbrahimovun prezidenti olduğu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF)növbədənkənar yığıncağı keçirilib və bu posta təhsil naziri Mikayıl Cabbarov seçilib. Nazim İbrahimov 2007-ci ildən bu postu tuturdu və o, sonuncu dəfə cari ilin 17 avqust tarixində seçilmişdi. Sonuncu seçkidən 1 ay sonra isə Nazim İbrahimov bu postu nazir Cabbarova təhvil verdi.
Analitiklər hesab edir ki, bu dəyişiklik Nazim İbrahimov üçün verilən “cəzadır”. Ancaq görünən odur ki, bu “cəza” tendensiyası davamlı olacaq. Xatırladaq ki, sabiq nazir Ziya Məmmədov da eyni proseslərdən keçmişdi. Ziya Məmmədov öncə Azərbaycan Voleybol Federasiyasının rəhbərliyindən uzaqlaşdırıldı. Ardınca isə bir neçə səlahiyyətləri əlindən alındı, sonda Nəqliyyat Nazirliyi ləğv edildi. Nazim İbrahimovun da eyni “taleyi” yaşayacağı ehtimal olunur.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ