SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » AAAF rəhbəri xaricdən hakimiyyəti hədələdi-VİDEO

AAAF rəhbəri xaricdən hakimiyyəti hədələdi-VİDEO

Tarix:

25-09-2017, 00:41

/ 42 534 dəfə oxundu.
AAAF rəhbəri xaricdən hakimiyyəti hədələdi-VİDEO

"AAAF Holdinq” MMC-nin təsisçisi, iş adamı Tofiq Heydərov artıq bir neçə ildir həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.
Tofiq Heydərov öz facebook səhifəsində və başçılıq etdiyi şirkətin saytında videomüraciət yayaraq yayılan məlumatlara aydınlıq gətirib, sensasiya hesab olunacaq faktlar açıqlayıb.
Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.
"Hörmətli izləyicilərim və dostlarım, ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. "AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə "AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.
Qeyd edək ki, Tofiq Heydərov bu video açıqlamanı ölkədə olduğu zaman deyil,ölkədən kənarda olduğu vaxt yyımlayıb.
İddalara görə, Tofiq Heydərov ölkədən getmədən öncə bankdan və vergilər nazirliyindən "AAAF Holdinq" MMC-də yoxlanışlar aparılacağı ilə bağlı məlumat aldıqdan sonra,hansısa vacib tədbirdə iştirak etmək üçün səfərə getməsinin vacib olduğunu bildirib və gedib.
Maraqlıdır görəsən Tofiq Heydərov bu açıqlamasından sonra ölkəyə qayıdacaqmı?


Sputnik.az

Şərhlər

XƏBƏR LENTİ