SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudovun qoruduğu vəhabiliyi Mədət Quliyev necə dağıdır? - Dosye

Eldar Mahmudovun qoruduğu vəhabiliyi Mədət Quliyev necə dağıdır? - Dosye

Tarix:

25-09-2017, 00:00

/ 42 888 dəfə oxundu.
Eldar Mahmudovun qoruduğu vəhabiliyi Mədət Quliyev necə dağıdır? - Dosye

Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub
Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bildirib.
M.Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir,195 nəfər isə vətəndaşlıqdan çıxarılıb: “Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”.
M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub: “Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub.
Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”.
Dövlət Təhlükəsizlik Xidmətinin həlak olanların uşaqlarını geri qaytarması istiqamətində işlər apardığı haqda məlumatlar əldə etmişik.
Deyilənə görə, İraqın hüquq-mühafizə orqanlarının da köməyi ilə kimsəsiz qalan azərbaycanlı uşaqların tapılması və vətənə gətirilməsi üzrə işlər gedir. DTX əməkdaşları onların kimliyini təsbit etməklə məşğuldur.
Eyni zamanda döyüşənlərin kimliyinin müəyyən edilməsi və Azərbaycana gəlişinin qadağan olunması, gələrkən saxlanılıb istintaqa təhvil verilməsi istiqamətində də araşdırmalar davam edir.
Dövlət Təhlükəsizlik Xidməti yaradıldıqdan sonra ekstremizmə, radikal dini təriqət üzvlərinə qarşı mübarizə gücləndirilib.
M.Quliyevin rəhbərliyi altında xeyli sayda ekstremist zərərsizləşdirilib, həbs olunub, hətta silahlı müqavimət göstərən vəhhabilərdən öldürülənlər də var.
Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra yaradılan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu sistemə olan etimadı yenidən qaytardı
General Mədət Quliyevin gördüyü işlər, mediaya açıq olması, fəaliyyəti, ardıcıl keçirilən uğurlu əməliyyatlar təhlükəsizlik sisteminə olan inamı bərpa etdi.
DTX əməkdaşlarının həm ekstremist radikal cərəyanlara, həm casus şəbəkəsinə qarşı apardığı əməliyyatlar ölkənin təhlükəsizlik sektorunun etibarlı əllərdə olmasına inam yaradıb.
Son aylarda vəhabilərə, İŞİD-ə bağlı adamlara qarşı keçirilən əməliyyatlar, casus şəbəkələrinin ifşa edilməsi DTX-nin operativ və peşəkar fəaliyyətindən xəbər verir.
Ümumiyyətlə, generalın qurduğu DTX sistemi çox fərqlidir və mətbuatla təmasdadır. M.Quliyev özü də modern insandır. Onun gitarada rok ifası, qaçış marafonlarında iştirakı xüsusi qeyd edilməlidir.
Bütün bunlarda cəmiyyətdə Eldar Mahmudovun MTN-dən sonra milli təhlükəsizlik sisteminə inamının qayıtmasıdır.
Onu da deyək ki, MTN işi üzrə məhkəmələrdə Eldar Mahmudov və dəstəsinin zaman-zaman vəhabilərə hansı formada dəstək verdikləri, şərait yaratdıqları, onların əli ilə müxtəlif oyunlardan, hoqqalardan çıxdıqları məlum olmuşdu.

Şərhlər

XƏBƏR LENTİ