SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Etibar Piriverdiyevin adamları separatçılıq edir

Etibar Piriverdiyevin adamları separatçılıq edir

Tarix:

19-09-2017, 15:04

/ 54 520 dəfə oxundu.
Etibar Piriverdiyevin adamları separatçılıq edir

SOS! "Şahdağ"ın vitse-prezidentindən açıq separatçı bəyanat

Yeni mövsümdən etibarən I Divizionda iştirak edəcək komandaların sayı azaldılıb.

Yenicag.az xəbər verir ki, keyfiyyətli çempionat təşkil etmək niyyətində olan AFFA və PFL birgə qərar qəbul edərək, şəraitsiz, maddi vəziyyətləri qənaətbəxş olmayan, o cümlədən adları oyun alqı-satqısında hallanan klubları çempionata buraxmayıb.

Bunlardan biri də Qusarın “Şahdağ” komandasıdır. Məhz qurumların bu qərarı şimal bölgəsinin təmsilçisinin etirazına səbəb olub. Və bundan sonra da AFFA və PFL-ə qarşı ağlasığmaz ittihamlar irəli sürülüb ki, bu da qəbuledilməzdir.

Məsələn, “Şahdağ”ın vitse-prezidenti Rüstəm Əzimov separatçılıq niyyətindədir. Klub rəsmisinin “facebook” hesabında yazdığı statusa nəzər yetirək:

““Şahdağ” Dağıstan Çempionatında. Niyə də yox?! Hər şey buna doğru gedirdi. Əvvəlcə hakimləri göndərdilər və klubu qəsdən uduzdurdular. Daha sonra isə klubun böhrandan neçə çıxış yolu tapacağına kənardan seyr etdilər. Və kömək etmək üçün bir addım da atmadılar. Gördülər ki, klub dirçəldi, qərara gəldilər ki, ona birbaşa zərbə vursunlar – klubu çempionata buraxmadılar. Açıq şəkildə bildirdilər ki, sizləri sevmirik, “Şahdağ” Azərbaycan futboluna lazım deyil. Səhərdən azarkeşlər mənə yazırlar. Təklif edirlər ki, klub Dağıstan Çempionatında oynasın. Əgər “Şahdağ” Azərbaycana lazım deyilsə, o zaman Dağıstanda niyə də oynamasın? Əminəm ki, orada klubu böyük məmnuniyyətlə qəbul edəcəklər. Niyə də yox?!”

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevin nəzarətində və himayəsində olan klub rəsmisinin belə bir status yazması dövlət və dövlətçiliyə ziddir. Lap tutaq ki, kluba qarşı haqsızlıq olub. Dərhal vətəni satmalısanmı? Başqa bir məmləkətin qucağına qaçmalısanmı? Görəsən, Pirverdiyevin adamları bu fikrə düşməklə nəyə nail olmaq istəyirlər? Yoxsa vətənə xəyanət üçün əlinizə gözəl fürsət düşüb deyə, düşünürsüz?

Maraq üçün bildirək ki, Etibar Pirverdiyev “Şahdağ”la yanaşı, Mingəçevirin “Energetik” klubuna da nəzarət edir. Ancaq iş burasındadır ki, hər iki klub indiyədək xoş olmayan hadisələrlə gündəmə gəliblər. Bunu biz yox, rastlaşdığımız faktlar deyir. İndiyədək klubları ilə maraqlanmayan, hətta forma belə tapmayan komandaların rəsmiləri niyə günahı özlərində yox, başqalarında axtarırlar? Görəsən, Etibar bəy indiyədək bircə dəfə də olsun, klublarının şəraiti ilə maraqlanıb? Futbolçularla görüşüb, onların hal-əhvalından xəbər tutubmu? Yoxsa bu klublar Pirverdiyevə təkcə pul silmək üçün lazımdır???

Məsələ burasındadır ki, onun nəzarətində olan “Energetik” də çempionata buraxılmayan klublar arasındadır. Bu o klubdur ki, meydana çıxmağa forma belə tapmırdı. Görəsən, hörmətli Etibar müəllimin bu rəzalətdən xəbəri vardımı? Sualın cavabı çox maraqlıdır

Şərhlər

XƏBƏR LENTİ