SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident AŞPA-nın həmməruzəçiləri ilə görüşdü

Prezident AŞPA-nın həmməruzəçiləri ilə görüşdü

Tarix:

14-09-2017, 17:36

/ 105 385 dəfə oxundu.
Prezident AŞPA-nın həmməruzəçiləri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlət başçısına çatdırdılar və bunu böyük tarixi hadisə kimi qiymətləndirdilər.

Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.

Şərhlər

XƏBƏR LENTİ