SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İcra başçısı Kərəm Həsənovu «vurdu»: «Onun marağının olduğunu eşitmişəm»

İcra başçısı Kərəm Həsənovu «vurdu»: «Onun marağının olduğunu eşitmişəm»

Tarix:

14-09-2017, 13:42

/ 61 134 dəfə oxundu.
İcra başçısı Kərəm Həsənovu «vurdu»: «Onun marağının olduğunu eşitmişəm»

Dünən mətbuatda "Oliqarxlar arasında zavod qovğası” adlı yazı gedib.

Məsələ ilə bağlı danışan Daşkəsənin icra başçısı Əhəd Abıyev deyib ki, həqiqətən də zavod ətrafında qovğa var: "Daşkəsən Filiz Zavodunun işləməsi daşkəsənlilər üçün çox vacibdir. Çünki orada 3 minə yaxın insan çalışır və bu da əhalinin yaxşı yaşaması deməkdir. Rasim Məmmədovun orada tez-tez göründüyünü və işçilərə yardımlar etdiyini eşitmişəm”.

Zavodda məmurların maraqlarının olması ilə bağlı Ə.Abıyev bunları deyib:"Zavodda Kərəm Həsənovun və Elmar Vəliyevin maraqlarının olmasını mən də eşitmişəm . Amma mən icra başçısı kimi istərdim ki, zavoda Rasim Məmmədov rəhbərlik etsin. Çünki o istehsalatı yaxşı bilən mütəxəssisdir”.

unikal.org

Şərhlər

XƏBƏR LENTİ