yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident sərgidə - Fotolar

Prezident sərgidə - Fotolar
9-09-2017, 15:02 83 741 dəfə baxılıb

Sentyabrın 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada keçirilən “EXPO 2017” beynəlxalq sərgisində Azərbaycanın və Qazaxıstanın milli pavilyonları ilə tanış olub.

Xalqxeber.Az xəbər verir ki, “EXPO 2017 Astana” milli şirkətinin rəhbəri Axmetjan Yessimov İ.Əliyevə sərgi barədə məlumat verdi.
Bildirilib ki, iyunun 10-da açılan sərgidə Azərbaycan da daxil olmaqla 115 ölkə, 22 beynəlxalq təşkilat təmsil olunur. Sərgidə gələcəyin texnologiyaları, dünyanın enerjiyə qənaəti və bu sahədə ən son ixtiralar, yeniliklər, nüvə enerjisi kimi enerji növləri nümayiş etdirilir.
İlham Əliyev əvvəlcə “Azərbaycan - Enerji Yurdu (Azerbaijan Land of Energy) milli pavilyonu ilə tanış olub. Məlumat verilib ki, Azərbaycanın pavilyonu 1 milyon ziyarətçi sayı ilə ən çox ziyarət edilənlər arasındadır.
Heydər Əliyev Mərkəzi və Energetika Nazirliyi tərəfindən təşkil edilən Azərbaycan pavilyonu “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanıb. Milli pavilyonun konsepsiyası “Enerji Yurdu (Land of Energy) - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanır.
Sərgi çərçivəsində iyulun 9-da pavilyonda Azərbaycan Milli Günü təşkil edilib və pavilyonun rəsmi təqdimatı olub.
Milli pavilyonda Azərbaycanın tarixini, mədəniyyətini, turizm potensialını, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman yarışlarını əks etdirən film nümayiş olunur. Pavilyonda ziyarətçilərə Azərbaycanın tarixi-mədəni irsi, zəngin enerji potensialı, gələcək enerji mənzərəsi və dövlətimizin enerji siyasəti yüksək texnologiyalar vasitəsilə təqdim olunur.
Dövlət başçısı sonra Qazaxıstan milli pavilyonu - “Nur Alem” ilə tanış olub.
Qeyd edilib ki, səkkizmərtəbəli pavilyonun birinci mərtəbəsində Qazaxıstanın tarixini, mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən stendlər, sərgilər, tematik görüntülər nümayiş olunur. 2-8-ci mərtəbələrində isə enerjinin əsas mənbələrindən olan kosmos, günəş, biokütlə, külək, su və kinetika növləri nümayiş etdirilir.
İlham Əliyev pavilyonun 8-ci mərtəbəsindən Astana şəhərinin ümumi mənzərəsini seyr edib. Sonra sərginin xatirə kitabına ürək sözlərini yazıb.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar
Prezident sərgidə - Fotolar


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Prezident, Fotolar, sergide
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ