yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Heydər Əsədov həm də səxavətli qardaşdır... - İDDİA

Heydər Əsədov həm də səxavətli qardaşdır... - İDDİA
6-09-2017, 09:35 37 981 dəfə baxılıb
yüklənir...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində şübhəli maliyyə dövriyyəsi olması ilə bağlı İcmal.az saytının redaksiyasına məlumatlar daxil olub. Sayt xəbər verir ki, faktı dəqiqləşdirmək üçün bir həftə öncə Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də nazir Heydər Əsədova və mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə elektron qaydada sorğu göndərsə də, sorğuya hələ ki, cavab verilməyib.
Sayta daxil olan məlumatda qeyd edilir ki, bir fermer 2016-cı ildə taxilsəpən aqreqatı “Aqrolizinq” ASC-dən 6100 manata alıb. Bu il isə “Aqrolizinq” ASC həmin aqreqatı 9600 manata satır.
Təqdim edilən fotoda “Aqrolizinq” ASC-nin 2016 və 2017-ci illər üçün verdiyi alış-satış sənədini və bu il “Aqrolizinq” ASC-nin rəsmi internet səhifəsində göstərilən qiyməti görə bilərsiz. Diqqət yetirin, hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız istehsal illərindədir. Yəni, keçən il alınan 2016-ci ilin, bu il alınan isə 2017 il istehsalıdır.
Məlumatlı mənbə qeyd edir ki, “Aqrolizinq” ASC-nin işçilərinə sual verəndə ki, niyə eyni avadanlıqda 50 faizdən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tenderlə alınırdı, ona görə ucuz olurdu. Bu il isə cənab nazir Heydər Əsədov göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın. Nazirin qardaşının şirkətləri isə bu qiymətlərlə satır.
Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki, hörmətli nazirin qardaşı ancaq bir növ avadanlıqdan 5 milyon manat qazanıb…
Hörmətli nazirin qardaşının şirkətlərinin bu il “Aqrolizinq” ASC ilə ümümilikdə 50 milyon manatlıq müqavilə bağladığı iddia edilir…

azpolitika.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: de, , qardashdir, sexavetli, Esedov, hem, DDA, Heyder
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ