yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mehman Əliyev tezliklə azad olunacaq və ... vahid namizəd olacaq - Deputatdan maraqlı açıqlama

Mehman Əliyev tezliklə azad olunacaq və ... vahid namizəd olacaq - Deputatdan maraqlı açıqlama
5-09-2017, 12:35 56 467 dəfə baxılıb

“Mehman bəyin siyasi fəaliyyətində gizli danışıqlara və riskli addımlar atmağa meyilli olması onun həbsini istəyənlərə imkan yaradıb ki, siyasi rəhbərliyi nəyəsə inandırsınlar”
Mehman Əliyevin həbsini və müdafiəsini təşkil edənlər arasında iqtidar nümayəndələri də olduğundan cəmiyyətin bir hissəsi əmindir ki, Turan İnformasiya Agentliyinin direktoru məmur intiriqalarının qurbanıdır. Bu versiya nə dərəcədə əsaslıdır?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi” qəzetinə açıqlamasında bu ehtimalı istisna etməyib və Mehman Əliyevin həbsi ilə bağlı digər versiyaları da irəli sürüb.
Mehman Əliyevin 2013-cü ildə keçirilən prezident seçkilərində Milli Şuranın vahid namizədi olmaq istədiyini, amma agentlik rəhbərinin iqtidarla olan müəyyən ilişkilərinin buna mane olduğunu qeyd edən BAXCP sədri, onun həbsi ilə bağlı ictimai rəydə başqa bir fikrin də yer aldığını xatırladıb: “Digər fikir isə ondan ibarətdir ki, Mehman Əliyev tezliklə azad olunacaq və bu dəfə növbəti seçkilərdə həmin düşərgənin vahid namizədi olacaq. Mehman Əliyevin həbsinin onun jurnalist fəaliyyəti, yaxud vergidən yayınma faktına görə olduğuna inananlar azdır. Mehman bəyin siyasi fəaliyyətində gizli danışıqlara və riskli addımlar atmağa meyilli olması onun həbsini istəyənlərə imkan yaradıb ki, siyasi rəhbərliyi nəyəsə inandırsınlar. Mətbuat Şurasının Mehman Əliyevin barəsində seçilmiş həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə çağırışına əhəmiyyət verilməməsi də bununla bağlıdır”.
Qüdrət Həsənquliyev qeyd edib ki, rəsmi elan olunmuş ittihamlara görə onun həbs olunması doğru deyil və seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilməlidir: “İqtidar ölkənin imici barədə də düşünməli, yalnız Mehman Əliyevi yox, xüsusilə ağır dövləti cinayətlər törətmiş şəxslər istisna olmaqla, beynəlxalq təşkilatların mövqeyinin nə dərəcədə əsaslı, yaxud əsassız olduğundan asılı olmayaraq, onların siyasi məhbus hesab etdiyi digər məhbusları da azad etməlidir. Bizim Qarabağın azadlığı üçün beynəlxalq dəstəyə böyük ehtiyacımız var”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: azad, , achiqlama, Eliyev, olunacaq, tezlikle, maraqli, namized, Deputatdan, olacaq, vahid, ve, Mehman
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ