yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu gün “Turan”da sonuncu iş günüdür

Bu gün “Turan”da sonuncu iş günüdür
31-08-2017, 13:25 143 043 dəfə baxılıb

Baş redaktorun həbsinə kəskin beynəlxalq reaksiyalar var

Amerikalı respublikaçı senator Marko Rubio "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.

“Azərbaycan hökuməti görkəmli jurnalist Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır”, - Rubio “Mətbuat azadlığına təzyiqlərə yox!” heştaqının altında yazıb.

Müsavat Avropa Koordinasiya Mərkəzi Mehman Əliyevin həbsinə etiraz olaraq yaxın günlərdə Avropanın böyük şəhərlərində və beynəlxalq təşkilatların qərargahları önündə mitinqlər keçirəcək. Bu barədə "Turan"a Müsavat AKM-in rəhbəri, “Mehman Əliyevə azadlıq!” Komitəsinin üzvü İlham Həsən bildirib.

Onun sözlərinə görə, ilk mitinq sentyabrın 9-da Nürnberq şəhərində olacaq.

“Növbəti mitinqlər Avropa Surasının və Avropa Parlamentinin önündə olacaq. Mitinqlərlə yanaşı, parlamentarilərlə görüşlər də planlaşdırırıq”

Norveç XİN "Turan" agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. “İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq”, - Norveç XİN-in twitter səhifəsində dərc olunan məlumatda deyilir.

Bundan başqa, avqustun 30-da sosial şəbəkələrdə siyasi məhbusların müdafiəsi üzrə “Azad et” şüarı altında üç gün davam edən kampaniyanın yekunlarına həsr olunmuş vətəndaş forumu keçirilib.

Kampaniyanın təşəbbüskarları bir sıra gənclər təşkilatları, o cümlədən NİDA idi.

Üç gün ərzində facebook və twitter-də siyasi məhbusların fotoşəkilləri və onlar haqqında qısa məlumat yer alan yüzlərlə yazı dərc olunub.
Dünən siyasi liderlərin, vətəndaş cəmiyyəti fəallarının və gənclər təşkilatlarının, habelə siyasi məhbusların ailələrinin iştirakı ilə keçirilən forumda kampaniyanın yekunları müzakirə olunub.

Kampaniyanı davam etdirmək ideyası dəstəklənib.

Xatırladaq ki, "Turan"a qarşı cinayət araşdırması çərçivəsində agentliyin direktoru Mehman Əliyev həbs edilib, agentliyin bank hesabları dondurulub. Bu səbəbdən agentlik sentyabrın 1-dən öz fəaliyyətini dayandırdığını bəyan edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Turanda, ish, sonuncu, gunudur, gun, Bu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ