SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Polkovnikin ölümü ilə bağlı yeni faktlar açıldı! – İş adamının oğlunu məsuliyyətdən kimlər yayındırıb?

Polkovnikin ölümü ilə bağlı yeni faktlar açıldı! – İş adamının oğlunu məsuliyyətdən kimlər yayındırıb?

Tarix:

28-08-2017, 09:44

/ 58 969 dəfə oxundu.
Polkovnikin ölümü ilə bağlı yeni faktlar açıldı! – İş adamının oğlunu məsuliyyətdən kimlər yayındırıb?

İki il əvvəl “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun törətdiyi dəhşətli qəza ilə bağlı mətbuatda mütəmadi yazılar və yeni məlumatlar dərc olunur. Bu məlumatları təkrarlamaq niyyətində olmasaq da, mövzu ilə bağlı birini xatırlatmağı lazım bilirik. Belə ki, bu yaxınlarda bir cox saytdı qəzanın nə dərəcədə dəhşətli olmasını özündə əks etdirən məlumatları yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Faiq Seyidovun oğlu Xaliq Seyidov 2015-ci ildə Nəsimi rayonu ərazisində Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Müdafiə Nazirlyinin baş zabiti, polkovnik Elçin Məmmədovu vurub. İş adamının oğlunun sükanı arxasında olduğu nəqliyyat vasitəsinin surətinin yüksək olması səbəbindən vurduğu zabitin aldığı xəsatərlər də çox ağır dərəcəli olub.
“Olaydan sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalına çatdırılan E.Məmmədovu dərhal reanimasiya şöbəsinə götürüblər. Həmin vaxt həkimlərdə belə təəsurat yaranıb ki, zabiti döyüş bölgəsində, biləvasitə döyüş zamanı çox ağır xəsarətlər alıb. Çoxsaylı və ağır dərəcəli bədən xəsarətlərin müayinə edən həkimlər baş zabitin dərhal 2 ardıcıl əməliyyat edilməsini qərarlaşdırıblar. Ümumilikdə baş zabitin onurğa, ayaq, əl sümükləri sınıb, daxili orqanları zədələnib. Bir neçə saat davam edən cərrahi əməliyyat uğurla başa çatıb. Baş zabit 2-ci əməliyyata hazırlaşdırılarkən durumu ağırlaşıb və dünyasını dəyişib” -deyə məlumatda qeyd edilirdi.
Bu məlumatları təsdiqləyən yeni bilgilər verilib. Hansı ki, bu məlumatlar hadisə nəticəsində mərhum zabitin nə qədər ciddi xəsarətlər aldığını göstərir və məhz bu xəsarətlərin onun ölümünə səbəb olduğunu düşünməyə əsas verir.
Bu məlumatlar saytımıza qəzanı törədən Xaliq Seyidovun atası Faiq Seyidovun iddiaları əsasında hazırda həbsdə olan iş adamı Azadxan Xanməmmədovun oğlu Tural Xanməmmədov tərəfindən verilib. Qeyd edək ki, Xanməmmədovlar ailəsi, eləcə də vəkilləri iş adamı Azadxan Xanməmmədov məhz Faiq Seyidovlun sifarişi ilə şərlənərək həbsə alındığlını iddia edirlər. Bu haqda mətbuatda geniş məlumat verildiyindıən təkrarlamaq istəmirik.
Ancaq qısaca xatırladaq ki, Azadxan Xanməmmədovun ailəsi və vəkili konkret sənədlərlə Faiq Seyidova qarşı ciddi ittihamlar irəli sürüblər Onlar Faiq Seyidovun iş adamı Azadxan Xanməmmədovun xüsusi mülkiyyətində olan 2100 kvadrat metr sahəni 5 il əvvəl icarəyə götürüb, pulunu ödəməməkdə ittiham ediblər. Və sonradan A.Xanməmmədov şərlədərək həbs etdiriməkdə, azadlığa çıxmasını təmin etmək üçün isə obyektlərini onun adına keçirməyi tələb etdiyini bildiriblər. Bununla bağlı mətbuat kinfransı keçirərək Prezident İlham Əliyevə və I Vites-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.
Qeyd edək ki, Azadxan Xanməmmədovla bağlı hadisə mülki iş olsa da, iş adamı haqda həbs qətimkan tədbiri seçilib. Buna görə də ailəsi və vəkili həbsin sifarişli olduğunu, işin arxasında Faiq Seyidovun iş adamı Azadxan Xanməmmədovun xüsusi mülkiyyətində olan obyektləri ələ keçirmək niyyətinin dayandığını söyləyirlər.
Yəni, son aylarda F.Seyidovun adı mərkəzi fiqur kimi keçən 2 işdə iki şəxs – iş adamı Azadxan Xanməmmədov və general Novruzəli Orucovun oğlu həbs olunub. Ancaq Faiq Seyidovun oğlunun törətdiyi qəza ölümlə nəticələnsə də, Xaliq Seyidovu həbs etməyiblər. Buna görə də, Azadxan Xanməmmədovun ailə üzvləri hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanladıqları müraciətdə də sual ediblər: “Necə ola bilər ki, Faiq Seyidova qarşı törədildiyi iddia olunan əməl ictimai təhlükəli hesab olunur, ortada ölüm, kimsənin ağır xəsarət alması faktı olmaya-olmaya Azadxan Xanməmmədova münasibətdə isə belə bir anormal nəticəyə gəlinir? Amma Faiq Seyidovun oğlu konkret insanın həyatına son qoyur və fakta görə başlanmış cinayət işi qısa bir zamanda xitam olunur?!”
Hələlik bu suallara hər hansı bir cavab verilmədiyindən, keçək T.Xanməmmədov tərəfindən polkovnikin ölümü ilə bağlı saytımıza verilən yeni məlumatlara.Məlumatda əəvvəlcə xatırladılır ki, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisə 17.05.2014-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 10 saylı ünvanın qarşısında baş verib. Həmin vaxt Seyidov Xaliq Faiq oğlu idarə etdiyi Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Eldar Məmmədova ehtiyatsızlıqdan ağır xəsarət yetirib. Və Eldar Məmmədov aldığı xəsarətlərdən 22.05.2014-cü il tarixdə Bakı Hərbi Hospitalında düyasını dəyişib.
Həmin faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 263.2-ci maddəsi ilə cinayət başlanılmışdır.Ancaq bir müüdət sonra ictimaiyyətə məlum olmayan səbəblərdən, cinayət işinə xitam verilmişdir.
Halbuki, polkovnik Eldar Məmmədov bu qəza nəticəsində aldığı xəsarərlərdən Müdafiə Nazirliyinin Hərbi Hospitalında vəfat etdiyindən, hüquqşünaslar işə xitam verilməsini absurd hesab edirlər. Hüquqşünasların fikrincə, həta bu halda qarşı tərəfin şikayətçi olmaması belə cinayət işinə xitam verilməsinə əsas ola bilməz.
Məsələn, bunula bağlı açıqlama verən vəkil Əziz Qənbərov deyib:“Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməzdi!”
Qayıdaq T.Xanməmmədov tərəfindən verilən yeni məlumatlara. Məlumatda daha sonra bildirilir ki, 18 may 2014-cü il tarixdə ağır vəziyyətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ortopediya bölməsinə daxil olan polkovnik Eldar Məmmədov haqda hər iki ağ ciyərin pulmoniti, sağ IV qabırğanın, sağ körpücük sümüyünün yerdəyişmiş, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sol baldır sümüklərinin sınıqları, bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları və travmatik-hemorragik şok II-III dərəcə diaqnozu ilə stasionar müayinə və müalicə təyin olunmuşdu: “Sonradan vəziyyətinin pisləşməsi səbəbindən E. Məmədovun üzərində 2 etaplı cərrahi əməliyyatın aparılması planlaşdırılıb. İlk etapda sağ körpücük və sol baldır sümüklərinin sınıqlarının Q.A.İlizarov üsulu ilə osteosintezi cərrahi əməliyyatı icra olunub. İkinci etap əməliyyatı keçirmək belə mümkün olmayıb, pokovnik dünyasını dəyişib.
Ancaq qəribə də olsa, polkovnik E.Məmmədovun ölüm səbəbi kimi “ağciyər arteriyalarının trombemboliyası nəticəsində kəskin ağciyər, ürək-damar çatışmazlığı göstərilmişdir.
Belədə sual olunur: necə ola bilər ki, xəstəxanaya, demək olar ki, bədənində sağ yer olmayan şəkildə daxil olan şəxs ürək-damar çatışmazlığından ölür və düşdüyü qəzanın onun ölümünə səbəb olması qeyd olunmur.
Açıq şəkildə görünür ki, ölümün səbəbi, baş vermiş cinayətin faktiki halları, bütün bu qanunsuzluqlar ört-basdır edilir. Nəticədə də, polkovnikin ölümünə səbəb olan hadisəni törədənəsl Seyidov Xaliq Faiq oğlu cinayət məsuliyyətindən yayınır”.
T.Xanməmmədov iddia edir ki, onda olan məlumata görə, bu işdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəhbəri Ramin Allahverdiyev xüsusi rol oynayıb : “Həmin işin faktları, eləcə də əməlin cinayət olması Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəhbəri Ramin Allahverdiyev tərəfindən gizlədilərək ört-basdır edilmişdir. Təbii ki, onun bu işdə olan hansısa marağı səbəbindən…Yəni, Ramin Allahverdiyev polkovnikin ölümünə səbəb olan ağır qəzanı törədən Seyidov Xaliq Faiq oğlunun himayədarı rolunu oynayır. Səbəbini hüquq-mühafizə orqanları araşdırmalıdır”.
Sonda T.Xanməmmədov atasının heç bir günahı olmadığı halda, sadəcə Faiq Seyidovun iddiaları əsasında həbsə alındığı halda, konkret baş vermiş cinayət əməlinə hüquqi qiymət verilməməsinin təəccüb doğurduğunu bildirir: “Seyidov Xaliqin atası Faiq Seyidov müxtəlif şər-böhtanlar vasitəsilə mənim atamın həbs edilməsinə səbəb olub, amma atəşkəs dövründə hərbçimizin ölümünə səbəb olan oğlunun əməllərinə hüquqi qiymət verən yoxdur. Hüquqşünaslar birmənalı olaraq Seyidov Xaliqi Faiq oğlunun əməlinin cinayət məsuliyyəti yaratdığını bildirsələr də, nədənsə onun törətdiyi qəza nəticəsində polkovnikin ölməsi faktı ört-basdır edilir. Niyə?”

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmğa hazırıq.

“AzPolitika.info”

Şərhlər

XƏBƏR LENTİ