yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)

Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
24-08-2017, 15:24 107 483 dəfə baxılıb
yüklənir...

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev avqustun 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilən “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı Elçin Quliyev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub. 2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiya Federasiyasının Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb. Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ilham Əliyevin tapşırığı əsasında yaradılan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.
Dövlət başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verilib. Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” K-1 döyüş başlıqlı pilotsuz uçuş aparatı, “Kobra” döyüş maşını üzərində quraşdırılan məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik “Lahat” sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində isə Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu xidmət ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. Bu gün əminliklə söyləmək olar ki, sərhədçilər prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.
Sonra prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış olub. Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)
Prezident “Tufan” gəmisinin təməlini qoyub (FOTOLAR)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qoyub, temelini, Prezident, FOTOLAR, Tufan, gemisinin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ