SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Tarix:

22-08-2017, 12:34

/ 82 759 dəfə oxundu.
Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi

Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.

Bu barədə hadisə şahidləri məlumat veriblər.

“Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.

“Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.

baku.ws

Şərhlər

XƏBƏR LENTİ