SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş Prokurorluq bir neçə sayt rəhbərinə xəbərdarlıq etdi

Baş Prokurorluq bir neçə sayt rəhbərinə xəbərdarlıq etdi

Tarix:

18-08-2017, 17:38

/ 140 788 dəfə oxundu.
Baş Prokurorluq bir neçə sayt rəhbərinə xəbərdarlıq etdi

Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

xalqxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Bununla əlaqədar həmin saytların baş redaktorları Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilib.

Şərhlər

XƏBƏR LENTİ