SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Maliyyə Nazirliyi Naxçıvan Daxili İşlər Nazirliyində yoxlamalara başlayıb

Maliyyə Nazirliyi Naxçıvan Daxili İşlər Nazirliyində yoxlamalara başlayıb

Tarix:

17-08-2017, 11:16

/ 115 101 dəfə oxundu.
Maliyyə Nazirliyi Naxçıvan Daxili İşlər Nazirliyində yoxlamalara başlayıb

Maliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində yoxlamalara başlayıb.
Məlumatlara görə, yoxlamaların ilkin nəticəsi zamanı ciddi maxinasiya faktları üzə çıxıb.
Verilən bilgilərdə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində ezamiyyət xərcləri, əməkdaşların mükafatları və digər əlavə xərclər, yanacağın silinməsi və digər qəbildən olan korrupsiya faktları aşkarlanıb.
Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda yoxlamalar davam edir. Qeyd olunur ki, sözügedən yoxlamalar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istəyi ilə həyata keçirilir.
Yeri gəlmişkən, onu da xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlər naziri Әhmәd Әhmәdov bu günlərdə hәbs olunub vә Kәngәrli rayonundakı Böyükdüz tәcridxanasına göndәrilib.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ