SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirib"

"Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirib"

Tarix:

1-02-2017, 21:39

/ 1 712 dəfə oxundu.
"Akif Çovdarov Kürdəmirdə yüz hektarlarla torpaq sahəsini ələ keçirib"

Bu gün Sabunçu rayon məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məlumata görə, prosesdə Kürdəmir rayon Polis İdarəsinin sahə rəisi Kamran İmanovun qardaşı Şehman İmanov ifadə verib.

Şahid bildirib ki, MTN generalı A.Çovdarov Kürdəmir rayonunda yüz hektarlarla torpaq sahəsini ələ keçirib və həmin ərazidə balıqçılıq təsərrüfatı yaradıb.
Proses fevralın 6-da davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ