SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ziya Məmmədovun oteli Kəmaləddin Heydərovun “imperiyası”na keçdi

Ziya Məmmədovun oteli Kəmaləddin Heydərovun “imperiyası”na keçdi

Tarix:

11-08-2017, 10:08

/ 142 335 dəfə oxundu.
Ziya Məmmədovun oteli Kəmaləddin Heydərovun “imperiyası”na keçdi

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov olan-qalan varidatını da itirməkdədir
Sabiq nazirin tamamilə müflis olacağına inanmaq mümkün olmasa da, faktiki olaraq vəzifədən gedişi ilə xeyli sayda əmlakı əlindən çıxıb.
Bu günlərdə eks-nazirin ölkəni tərk etdiyi haqda yayılan məlumatlar da onun mal-mülkünü satdığı iddialarını gücləndirir.
Məsələn, ölkədən getməsi xəbəri çıxan ərəfədə Z.Məmmədovun satışa çıxardığı otelinin yeni sahibi məlum olub.
Ucarda “Fermer” yol-istirahət mərkəzi adı ilə fəaliyyət göstərən otel üçün istənilən məbləği Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ödəyib.
Bu xəbəri yayan azEuroNews.com-un məlumatına görə, istirahət mərkəzinə rəhbər Aydın Əliyevin yaxın qohumu İmamverdi adlı şəxs gətirilib.
Komitə sədrinin hansı nazirə söykəndiyini nəzərə alsaq, əslində Ziya Məmmədovun daha bir əmlakının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına əlavə olunduğunu söyləmək olar.
Bunu həm də FHN rəhbərinin qələbəsi kimi qiymətləndirmək olar. Sirr deyil ki, illərlə iki nazir arasında kompromat savaşı gedib. Hər iki tərəfə yaxın mediada bir-birinə qarşı kompromat materiallar yayımlanıb.
Lakin son illərdə nəqliyyat sahəsindəki xaos, özbaşınalıq, nəqliyyat müfəttişlərinin qudurğanlığı Z.Məmmədovla bağlı kampaniyanı daha da gücləndirmişdi.
Eyni zamanda Məmmədovların barəsində ortaya çıxan faktlar, nazirin və qardaşının uşaqlarının hərəkətləri mənfi imic yaratmışdı. Bütün komponentlərdə K.Heydərova uduzan Z.Məmmədov indi də əmlaklarını əldən çıxarır.
Komitə sədri A.Əliyevin nəzarət edəcəyi sözügedən otel artıq Heydərovun biznesinə qatıldı.
Mediaya istinadən verdiyimiz xəbərə görə, istirahət mərkəzində baş verən növbəti dəyişiklik bura Bakıdan əlavə işçi qüvvəsinin cəlb olunması olub.
Aşbaz, ofsiant və xidmətçilərlə bağlı Bakıda yerli firmalardan birinə müraciət olunub. Firma “Fermer” rəhbərliyinin tələbini qarşılayaraq Ucara otelçilik sahəsində peşəkar olan aşbaz, ofsiant və xidmətçilər göndərib.
Məlumat üçün bildirək ki, Ziya Məmmədovun tikdirdiyi “Fermer” yol-istirahət mərkəzi 2015-ci ildə fəaliyyətə başalayıb. Ölkə başçısının Ucara səfəri zamanı otelin açılışı olub.
Nəzərinizə çatdıraq ki, varidatı milyardlarla manatla ölçülən keçmiş nazirinin inşaat, nəqliyyat, yükdaşıma, mehmanxana, istirahət, daşınmaz əmlakın idarə olunması və digər sahələrini əhatə edən çoxsaylı şirkətləri, istehsal və emal zavodları, ticarət və xidmət obyektləri, 100 hektarlarla torpaq sahəsi, onlarla çoxmərtəbəli binası, dəyərin 100 milyonlarla dollarla ölçülən çoxsaylı malikanələri və sair var.
Z.Məmmədovun yalnız ölkə daxilində deyil, xaricdə də, xüsusən Rusiyada, Dubayda və Türkiyədə böyük biznesinin olduğu haqda məlumatlar var.
Müşahidə və daxil olan xəbərlərə əsaslanaraq belə qənaətə gəlmək olar ki, ziddiyyətlər biznes maraqlarından və inzibati resurlardan istifadə ilə bağlı mütəmadi baş verən mübahislərdən qaynaqlanır.
Hər iki oliqarx ölkənin iqtisadi mühütünə birbaşa təsir etmək gücündə olan nəhəng holdinqlərə sahibdirlər. K.Heydərov “Gilan”, Z.Məmmədov isə “Garant” holdinqə qeyri-rəsmi nəzarət edir.
Hər iki holdinqin tərkibinə sənaye, ticarət, emal, bank-sığorta, turizm və tikinti üzrə yüzlərlə müəssisə daxildir. Artıq “Garant” çökməkdədir...

Şərhlər

XƏBƏR LENTİ