SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Hollivud”da gecə kazinoları və “Şərurlu İsfəndiyar”ın kriminal qruplaşması - İTTİHAM VAR

“Hollivud”da gecə kazinoları və “Şərurlu İsfəndiyar”ın kriminal qruplaşması - İTTİHAM VAR

Tarix:

4-08-2017, 15:28

/ 107 268 dəfə oxundu.
“Hollivud”da gecə kazinoları və “Şərurlu İsfəndiyar”ın kriminal qruplaşması - İTTİHAM VAR

"Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb. Lakin indiyə qədər nə "Şərurlu İsfəndiyar”a dövlət başçısının təbirincə desək, "gözün üstə qaşın var” deyən olmayıb.

Mediada "Şərurlu İsfəndiyar” barədə çoxlu ittihamlar səslənib: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir.

Redaksiyaya daxil olan yeni məlumatlar isə "Şərurlu İsfəndiyar”ın qaranlıq biznesinə işıq üzü tutmağa imkan verir.

"Hollivud”da gecə kazinoları

Ölkə gündəminə bomba kimi düşəcək məlumatdan başlayaq. Belə ki, məlumatda "Şərurlu İsfəndiyar” Azərbaycan dövlətinin başçısının bütün ölkədə qadağan etdiyi kazinolar qurduğu və müxtəlif qumar oyunları təşkil etdiyi iddia olunur. Məlumatlı mənbə qumar oyunlarının təşkil edildiyi məkanın adını da açıqlayıb.

"Hollivud” şadlıq sarayı. Bu şadlıq sarayı metronun "Azadlıq” prospektinin yaxınlığında, Mərkəzi Seçki Komissiyasının binasının yanında yerləşir. İş adamının məhz gecə saatlarında burda qumarxana təşkil etdiyi bildirilir.

Ötən yazımıda da qeyd etdiyimiz kimi, "2007-2008-ci illərdən etibarən "VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmir Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan 1 milyon manatdan çox vəsait alıb. Lakin vətəndaşlara "VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar "VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti "SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə "VEDİ-E” MMC podraçtı, "SAFARİ-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə İmran Axundovdur. O, "Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır. Aldadılan vətəndaşlar da bildirirdilər ki, bütün işlərin arxasında "Şərurlu İsfəndiyar” dayanır”. 2015-ci ildə də analoji fırıldaqlarla qarşılaşan bir qrup vətəndaş etiraz aksiyası keçirib. (http://www.miq.az/az/serurlu-isfendiyarin-qatil-olunu-kimler-qoruyur/).

Lakin bütün bunlara baxmayaraq, İsfəndiyar Axundov əl-qolunu sallayaraq, qanunsuzluqlarını davam etdirir. Bunun səbəbi nədir?

Redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, "Şərurlu İsfəndiyar” "Hollivud”da, eləcə də digər əyləncə mərkəzlərində idmançılardan ibarət kriminal qruplaşma yaradıb. Bu qruplaşma İ.Axundovun ev sataraq aldatdığı insanları "sıradan çıxarır”. Belə ki, aldadılan vətəndaş etiraz etməyə başlayırsa, kriminal qruplaşma tərəfindən döyülür. Sonda isə həmin vətəndaş polis bölməsinə aparılaraq, haqqında cinayət işi açılır. Burdan belə nəticə çıxır ki, "Şərurlu İsfəndiyar”ın hüquq-mühafizə orqanlarında "qoruyucu mələkləri” var. Bu informasiyanın daxili işlər naziri Ramil Usubov, eləcə də digər müvafiq orqanlar tərəfindən nəzarətə götürüləcəyinə ümid edirik.

Onun "qoruyucu mələkləri” kimdir?

Çünki "Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər var. Onun bütün qanunsuz və özbaşına fəaliyyətinin arxasında da məhz E.Mahmudov və onun şəbəkəsinin dayandığı deyilir. Məlumata görə, "Şərurlu İsfəndiyar” bir çox sahibkarı öz tərəfinə çəkir, onların pullarını mənimsədikdən sonra, qaranlıq əlaqələrindən istifadə edərək, həbs etdirir.

Xaricə daşınan pullar və zürafə biznesi

"Şərurlu İsfəndiyar”ın qanunsuz yollarla qazandığı pulları ölkədən çıxararaq, xaricə "yatırımlar” etdiyi haqda da iddialar var. Xüsusilə onun İstanbulda tikinti biznesi qurduğuna və bu biznesi Azərbaycanda vətəndaşlarının pulları ilə idarə etdiyi bildirilir. Bununla yanaşı, İsfəndiyar Axundovun oğlunun Avstraliyada və Afrikada zürafə alveri ilə məşğul olduğu məlumatda əksini tapıb. Məlumatlara görə, "Hollivud”da yerə sərilən zürafə dərisi üçün 250000 AZN pul ödənilib.

"Şərurlu İsfəndiyar”la bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq!

Miq.Az

Şərhlər

XƏBƏR LENTİ