SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Məleykə Abbaszadə mənbə axtarışında - ELNUR NAĞIZADƏNİN HƏDƏ İSMARICINI MEDİAYA KİM ÖTÜRÜB?

Məleykə Abbaszadə mənbə axtarışında - ELNUR NAĞIZADƏNİN HƏDƏ İSMARICINI MEDİAYA KİM ÖTÜRÜB?

Tarix:

1-08-2017, 13:03

/ 60 327 dəfə oxundu.
Məleykə Abbaszadə mənbə axtarışında - ELNUR NAĞIZADƏNİN HƏDƏ İSMARICINI MEDİAYA KİM ÖTÜRÜB?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xaricdə gizlənən sabiq mətbuat katibi Elnur Nağızadənin qurumun sədri Məleykə Abbaszadəyə hədə ismarıcı göndərməsi barədə xəbəri ictimailəşdirməyimiz onun ciddi narahatlığına səbəb olub.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, bu xəbərin ictimailəşməsindən sonra Məleykə Abbaszadə keçmiş işçisinin ona ünvanladığı ismarıcın mediaya necə sızmasını araşdırmağa başlayıb.
Belə ki, tabeçiliyində olan şəxsləri toplayan TQDK sədri mənbənin kimliyini öyərnməyi tapşırıb.
Qeyd edək ki, TQDK-dakı mənbələrə istinadən Elnur Nağızadənin Məleykə Abbaszadədən ölkəyə qayıdışını və barəsində cinayət işinin ləğv olunmasını tələb etməsi barədə informasiya yaymışdıq. Əks təqdirdə Elnur Nağızadə ali məktəblərə qəbul adı ilə aldığı pulları təkbaşına mənimsəmədiyini açıqlayacağını söyləyib.
Qeyd edək ki, ölkə gündəmində böyük rezonansa səbəb olan bu olaydan sonra TQDK rəhbərliyi Nağızadəyə bir müddət səbr etməyi tövsiyyə etsə də ancaq nəticə vəd edildiyi kimi olmayıb. Artıq xaricdə gizlənməyin çətinliklərini yaşayan sabiq mətbuat katibinin Məleykə Abbaszadəni ultimatumla hədələdiyi deyilir.
O, barəsində cinayət işinin ləğv olunması və təhlükəsiz şəkildə ölkəyə dönüşünün təmin olunmasını tələb edir. Əks təqdirdə tələbə qəbulunda baş verən rüşvət faktlarının üstünü açacağını bəyan edib.
Məlumatda qeyd olunur ki, Elnur Nağızadənin açıqlayacağı faktlar arasında yüksək vəzifəli məmurların övladlarının hansı qiymətlərə və neçə balla ali məktəblərə qəbulu ilə bağlı məqamlar da var.
Qaynağımız Elnur Nağızadənin ona hər zaman etimad göstərən rəhbərinə qarşı çıxmasının bir səbəbini də artıq TQDK sədrinin hakimiyyətdəki mövqelərinin zəifləməsi ilə əlaqələndirib. Belə ki, Prezident Admnistrasiyası humanitar məsələlər şöbəsinin ləğvindən və Fatma Abdullazadənin “vurulmasından” sonra TQDK sədri himayəsiz qalıb.
Məleykə Abbaszadənin onu ölkəyə problemsiz gətirəcəyinə dair ümidləri ölən Elnur Nağızadə isə artıq reallığı dərk etdiyindən çıxış yolunu sabiq şefini ifşa etməkdə görür.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ