SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Heydər Babayevlə Röyanın eks qayınatası 21 milyonu necə yeyib?

Heydər Babayevlə Röyanın eks qayınatası 21 milyonu necə yeyib?

Tarix:

27-07-2017, 09:45

/ 91 175 dəfə oxundu.
Heydər Babayevlə Röyanın eks qayınatası 21 milyonu necə yeyib?

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin kurasiyasında olmuş məşhur “Çudo Peçka” mağazalar şəbəkəsi rəsmən çökdü, sahibi həbs olundu
O sahibi ki tanınmış müğənni Röyanın qayınatasıdır - Çingiz Cəlilov. İş adamı nə az, nə çox, düz 13 milyon mənimsəyib.
Bir vaxtlar Bakının ən məşhur və hamının axın etdiyi “Çudo Peçka” mağazaları son illərdə çöküş dövrünü yaşayırdı.
Yeni açılan “fasd food”lar, restoranlar bu şəbəkəni rəqabətdə sıxışdıraraq bazardan çıxarmışdı. Eyni zamanda keçmiş nazirin vəzifəsindən çıxarılması da “Çudo Peçka”nın çöküşündə rol oynamışdı.
Sonra şəbəkənin Röyanın qayınatası olmuş Ç.Cəlilov tərəfindən idarə edilməsi də heç nəyi dəyişmədi. Əksinə, filiallar bir-bir bağlandı, işçilərin maaşı tam ödənilmədi.
Məlum olub ki, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Rəsmıən çökmüş “Bank Standart” da H.Babayevin olub. Bu bank vasitəsi ilə mənimsənilən pullardan keçmiş nazirin xəbərinin olmaması inandırıcı görünmür. Çünki bankın rəhbəri H.Babayevin adamı olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç. Cəlilovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir.
“AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Heydər Babayev bir neçə dəfə rəsmən bəyan edib ki, holdinq 100 faiz özünün mülkiyyətidir.
Sabiq iqtisadi inkişaf naziri mərhum prezident H.Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi.
H.Babayev 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Fərhad Əliyevin həbsindən sonra onun kreslosuna əyləşən H.Babayev 2008-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı.
Prezident seçkilərindən sonra o, yeni təsdiqlənən Nazirlər Kabinetində yer ala bilmədi. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev holdinqin əsasını hələ 1995-ci ildən qoyub.
Media üzərindən araşdırma zamanı məlum olur ki, 2002-ci ildə Cəlilov Çingiz Asim oğlu tərəfindən yaradılan "Çudo Peçka" MMC uzun müddət "Bank Standart" QSC ilə əməkdaşlıq edib və onların arasında kredit münasibətləri mövcud olub.
2011-ci ilin əvvəlində isə bu kredit münasibətləri tərəflər arasında daha böyüyüb, hətta iş birliyi yaranıb. Belə ki, "Bank Standart" QSC-nin idarə heyətinin sədri Səlim Kriman, "Çudo Peçka" MMC və bu ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsinin "Bank Standart" QSC-nin idarəçiliyinə verməsini, həmçinin "Çudo Peçka" MMC-nin təsis payından 10 faizi isə şəxsən ona güzəşt edilməsini Çingiz Cəlilova təklif edib.
Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, bunun müqabilində, Səlim Kriman müəssisənin Banka olan kreditinin silinəcəyini, mağazalar şəbəkəsinin inkişaf etdiriləcəyini və hər ay Ç.Cəlilova müəssisədən əldə edilən gəlirlə yanaşı, ayrıca olaraq 30.000 AZN ödəyəcəyini söz verib. Bu təklifi müsbət qiymətləndirən Ç.Cəlilov Səlim Krimanla razılaşıb.
Bununla bağlı tərəflər arasında rəsmi müqavilə də var. Tərəflər arasında həmçinin "Çudo Peçka" MMC-nin təsis payından 10 faizinin Səlim Krimanın adına olan Koykos adalarında qeydiyyatdan keçməsi göstərilən "KEA Holdings Limited" adlı ofşor şirkətə əvəzsiz olaraq güzəşt edilməsi, həmçinin "Çudo Peçka" MMC-nin "Bank Standart" QSC-nin yaratdığı və onun iradəsi ilə hərəkət edən "Bakery Operating Company" MMC-yə kənar idarəçiliyə verilməsi barədə müqavilələr bağlanılıb.
Beləliklə, "Bank Standart" QSC-nin idarə heyətinin sədri Səlim Kriman "Çudo Peçka" MMC-nin təsis payından 10 faiz əldə etməklə yanaşı (qalan 90% indiyə qədər Cəlilovlara məxusdur), Çudo Peçka" MMC-ni idarə etməyə başlayıb.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ