SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Mübariz Mənsimov azərbaycanlılara satdığı obyektini geri alır - QALMAQAL

Mübariz Mənsimov azərbaycanlılara satdığı obyektini geri alır - QALMAQAL

Tarix:

24-07-2017, 17:14

/ 80 319 dəfə oxundu.
Mübariz Mənsimov azərbaycanlılara satdığı obyektini geri alır - QALMAQAL

Türkiyə mətbuatında azərbaycanlı iş adamı Mübariz Mənsimovun əvvəllər ona məxsus olan "Palmarina" istirahət mərkəzini yenidən geri almaq istədiyi barədə məlumatlar yazılıb.

Səbəb kimi mərkəzi həvalə etdiyi azərbaycanlı sahibkarların işlərinin öhtəsindən gələ bilməməsi göstərilir.

Mətbuat yazır ki, "Palmarina"nın sahibi olmuş Mənsimov belə Bodruma baş çəkmir. Çünki Bodrumda əvvəlki xidmətlər göstərilmir və qiymətlər yunan adaları ilə müqayisədə çox bahadır. Bütün bunlar Mübariz Mənsimova "Palmarina" istirahət mərkəzinə yenidən sahib olmaq üçün əzm verir. Mübariz Mənsimovun istirahət mərkəzini bu illin sonuna qədər geri qaytaracağı bildirilir. İş adamı Türkiyə mətbuatına açıqlamasında “Palmarina” istirahət mərkəzinin yerləşdiyi Yalıkavak bölgəsinin əhalisindən üzr istəyib: “Mən sizə söz verdim. Yalıkavak bölgəsinin əhalisindən üzr istəyirəm. Qısa zaman sonra hər şeyi düzəldəcəm. Görürəm ki, boylarından böyük iş görməyə çalışıblar. Onların bu qədər bacarıqsız çıxacaqlarını nə mən, nədəki qrupum təsəvvür etməmişdi. Bu səhvi mən etdim, amma söz verirəm ki, keçmiş günləri geri gətirəcəm. Məhv olan 2 min ağacın da hesabını istəyəcəm”.

Qeyd edək ki, Mənsimov "Palmarina"nı satdıqdan sonra istirahət mərkəzi ilə bağlı müştərilərin şikayətləri çoxalıb.

Şərhlər

XƏBƏR LENTİ