SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanlı qadını döyərək öldürən sevgilisi imiş

Azərbaycanlı qadını döyərək öldürən sevgilisi imiş

Tarix:

19-04-2018, 12:18

/ 1 847 dəfə oxundu.
Azərbaycanlı qadını döyərək öldürən sevgilisi imiş

Türkiyədə döyülərək öldürülən azərbaycanlı Türkay İsayevanın qatili saxlanılıb.

Türkiyə mediasına istinadən xəbər veririk ki, 33 yaşlı Türkayın birlikdə yaşadığı 28 yaşlı Mertkan Öztürk qadının nərdivandan yıxıldığını deyib. Lakin tibbi ekspertiza zamanı İsayevanın döyüldüyü məlum olub. Yekun ekspertiza nəticəsində sonra M.Öztürk məhkəmə qərarı ilə həbs edilib.

Xatırladaq ki, 2 azyaşlı övladı olan Türkay İsayeva aprelin 17-si evində ölü tapılıb. Qonşuların sözlərinə görə, onun yaşadığı evdən səhər saatlarında dava səsləri gəlib və dərhal durumu polisə bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ