SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » ABŞ-ın yeni sanksiyaları “Qazprom”un böyük layihələrini dayandıracaq

ABŞ-ın yeni sanksiyaları “Qazprom”un böyük layihələrini dayandıracaq

Tarix:

11-07-2017, 13:51

/ 143 899 dəfə oxundu.
ABŞ-ın yeni sanksiyaları “Qazprom”un böyük layihələrini dayandıracaq

ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın “Qazprom” şirkətinin bəzi layihələri üçün məhvedici ola bilər. Bu barədə “Vedomosti” nəşri yazıb. Nəşr qeyd edir ki, yeni sanksiyalar qüvvəyə mindiyi halda “Şimal axını-2” və “Türk axını” ya təxirə salına ya da başa çatdırıla bilər.

İstisna edilmir ki, yeni sanksiyalar qüvvəyə minəndən sonra Allseas şirkəti “Türk axını”nda işlərdən imtina edə bilər. Bu halda digər podratçılar çətin ki, onun yerini tutmağa razılıq versin. Belə olduqda “Qazprom” boru kəmərlərinin tikintisini öz gücü hesabına başa çatdırmalı olacaq.

Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi ABŞ Senatı tərəfindən bu ilin iyun ayında dəstəklənib. Hazırda layihə ABŞ Konqresinin Nümayəndələr Palatasında müzakirə edilir.

Şərhlər

XƏBƏR LENTİ