SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » İran Kürdüstana raket zərbəsi endirdi

İran Kürdüstana raket zərbəsi endirdi

Tarix:

3-07-2017, 15:28

/ 54 137 dəfə oxundu.
İran Kürdüstana raket zərbəsi endirdi

İran ordusu yaxın aylarda müstəqilliyini elan etməyi düşünən İraq kürdüstanına raket zərbəsi endirib.

xalqxeber.az "Yeni Akit"ə istinadən yazır ki, bir mülki şəxsin yaralanması ilə nəticələn zərbə Kürdüstanın mərkəzi Ərbil şəhərinin yaxınlığında yerləşən Balekayəti bölgəsinə vurulub. Yerli Soran rayon rəhbərliyinin başçısı Kırmanç İzzət bildirib ki, yaralanan sakin ortayaşlı qadındır. K.İzzətə görə, İran tərəfi səhər tezdən ərazini atəşə tutub ki, nəticədə xeyli əkin sahələri sıradan çıxıb, yanğınlar başlayıb.

K.İzzət bildirib ki, İranın niyə onlara raket hücumu etdiyini dəqiq bilməsələr də, bunun İran Kürdüstan Demokratik Partiyasının (İ-KDP) silahlılarını zərərsizləşdirməklə bağlı olacağına əmindirlər.

Xatırladaq ki, İran dövlətçiliyə müxalif olan İ-KDP silahlıları bu ölkə ilə həmsərhəd rayonlarda çox sayda hərbi düşərgələr qurublar.

Yada salaq ki, Ramazan ayının birinci günü İran eyni məqsədlə Süleymaniyyənin Keladizə rayonuna axan "Kiçik Zap suyu"nu da tamamilə kəsmişdi.

Şərhlər

XƏBƏR LENTİ