SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

Tarix:

20-06-2017, 16:18

/ 56 762 dəfə oxundu.
Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

Qətər rəhbərliyi Yəmənin bu ölkədəki diplomatik nümayəndəliyinin əməkdaşlarına paytaxt Dohanı tərk etmək üçün 48 saat vaxt verib.

Bu barədə “RİA Novosti” özəl mənbələrinə istinadən məlumat yayıb.

“Qətər rəhbərliyi iki gün ərzində diplomatik nümayəndələrə ölkə ərazisini tərk etmək barədə xəbərdarlıq edib”, deyə mənbə agentliyə bildirib.

Yəmən və Qətər XİN-i məlumatı şərh etməyib.

Xatırladaq ki, iyunun 5-dən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Yəmən, Liviya və Maldiv Adaları və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsib. Buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələrin qurulmasına kömək etməsini əsas səbəb kimi göstərilib.

Şərhlər

XƏBƏR LENTİ