SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » FETÖ-çuların yeni ssenarisi: - hədəf Türk Silahlı Qüvvələridir

FETÖ-çuların yeni ssenarisi: - hədəf Türk Silahlı Qüvvələridir

Tarix:

1-06-2017, 15:38

/ 108 474 dəfə oxundu.
FETÖ-çuların yeni ssenarisi: - hədəf Türk Silahlı Qüvvələridir

Keçmiş hərbi prokuror Üçok, FETÖ – çuların məhkəmədə nümayiş etdirdikləri davranışları şərh edib.

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, Hava Qüvvələri Komandanlığının sabiq baş prokuroru, təqaüddə olan polkovnik Ahmet Zəki Üçok çevriliş cəhdində iştirak edənlərə qarşı açılan məhkəmə işlərinin hamısını yaxından izləyir. Üçok belə bir məqamı üzə çıxarıb ki, şübhəlilər məhkəmədə Fətullah Gülənin xarici mətbuata verdiyi açıqlamalarda istifadə etdiyi ifadələri səsləndirirlər. “Çevrilişə cəhd edənlərin mövqeyi çox dəqiqdir” deyən polkovnik, onların məhkəmədə ssenariyə uyğun hərəkət etdiklərini bildirib.

“Yeni ortaya qoyduqları ssenari ilə Türk Silahlı Qüvvələrini günahlandırmağa və bu prosesi tamamilə fərqli yerlərə çəkməyə çalışırlar. “Vəzifədəki komandirlərin əmr və təlimatları ilə hərəkət etdik” deyərək, 15 iyul çevriliş cəhdini etibarsızlaşdırmağa səy göstərirlər.

Demək olar ki, şübhəlilərin böyük bir hissəsi “Biz FETÖ-çu deyilik” deyir. Başda Akın Öztürk, Mehmet Dişli və Mehmet Partigöç olmaqla bir çoxu vəzifədə olanları günahlandırmağa başlayıb. Beləliklə, onlar bu təqsirlərini hal-hazırda vəzifədə olanların üstünə atmaq və ya ən azı onları da özlərinin tərəfdaşı kimi qələmə vermək istəyirlər.”

Üçok həmçinin bildirib ki, bu çevrilişin Fətullah Gülənlə əlaqəsinin olmadığını deyənlər də var:

“Bu cür sözlərlə onlar Türk Silahlı Qüvvələrini hədəfə alırlar. Guya ki, 15 iyul çevriliş cəhdi də eynilə 1960 və 1980-ci il çevrilişləri kimi ordunun daxilindən qaynaqlanıb, əmr-təlimat zənciri ilə hazırlanıb. Ancaq bəzi səlahiyyətli şəxslərin sonradan imtina etməsinə görə cəhd uğursuzluğa düçar olub.”

Sabiq prokuror sözlərini belə davam etdirib:

“Tezis eynidir: “Fətullah Gülənin bu işlə əlaqəsi yoxdur. Bu TSK daxilində bir qrupun həyata keçirtmək istədiyi bir cəhd idi”. Ona görə də, çevrilişi hazırda vəzifədə olan hərbçilərlə əlaqələndirməyə çalışırlar. Düşünürəm ki, yeni tətbiq edilməyə başlayan ssenaridə bu təqsiri FETÖ-nün üzərindən götürərək, başqa məcralara yönəltməyə çalışırlar.”

Şərhlər

XƏBƏR LENTİ