SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putin Türkiyə ilə bağlı bütün qadağaları ləğv etdi

Putin Türkiyə ilə bağlı bütün qadağaları ləğv etdi

Tarix:

31-05-2017, 14:56

/ 60 781 dəfə oxundu.
Putin Türkiyə ilə bağlı bütün qadağaları ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaları ləğv edən qərar imzalayıb.

Anadolu Agentliyinə istinadən xəbər veririk ki, qərarda Türkiyə vətəndaşlarının Rusiyada işləməsinə qoyulan qadağa ləğv edilib.

Bundan başqa, türk şirkətlərinə bəzi sektorlarda yenidən çalışmalarına icazə verilib.

V.Putin 2010-cu ildə iki ölkə arasında qarşılıqlı səyahətlərlə bağlı imzalanmış müqavilənin yenilənməsi barədə də təlimat verib. Bundan sonra Rusiyaya vizasız səyahət edəcək Türkiyə vətəndaşlarının əhatə dairəsi də genişlənəcək.

Türkiyə hava yollarında çalışan işçilərin vizasız uçuşuna qoyulan qadağa da aradan qaldırılıb.

Xatırladaq ki, 24 noyabr 2015-ci ildə Suriyada hərbi əməliyyatlar aparan Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə sərhədlərini pozduğu üçün vurulmuş və iki ölkə arasında siyasi krizis yaranmışdı. Bundan sonra Rusiya Türkiyəyə qarşı bir çox sahələrdə sanksiyalar həyata keçirmişdi.

Şərhlər

XƏBƏR LENTİ