yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ərdoğan Vaşinqtonda səfərdədir

Ərdoğan Vaşinqtonda səfərdədir
16-05-2017, 10:34 64 862 dəfə baxılıb
yüklənir...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın paytaxtındadır.
Anadolu agentliyinə istinadən xəbər veririk ki, “Endryus” aviabazasında Türkiyə dövlət başçısını ABŞ-ın Protokol xidmətinin nümayəndəsi Rozmari Pauli və Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb.
ABŞ-a səfər zamanı Türkiyə prezidentini həyat yoldaşı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, XİN rəhbəri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekçi, energetika və təbii sərvətlər naziri Berat Albayraq və müdafiə naziri Fikri İşıq müşayiət edirlər.
Türkiyə prezidenti həyat yoldaşı ilə birgə Bler Haus iqamətgahına yola düşüb.
Ərdoğanı iqamətgahın qarşısına etnik türklərdən ibarət qrup qarşılayaraq onu salamlayıblar.
Türkiyə bayraqları ilə gələn qrup “Biz Türkiyəni sevirik”, “PKK-YPG/PYD-İŞİD terrorçularını durdurun”, “2,7 milyon suriyalı qaçqına dəstək üçün təşəkkürlər”, “İslamofobiyaya yol vermərik” yazılmış plakatlar tutublar.
ABŞ-a səfər zamanı Türkiyə və ABŞ prezidentlərinin danışıqları planlaşdırılıb. Bundan başqa, Ərdoğan biznes icmaların və QHT ekspert və liderləri ilə görüşlər keçirəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Erdogan, seferdedir, Vashinqtonda
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

27-05-2017


26-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ