SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanlı İş Adamı Otelinə Erməni Bayrağı Asdı – VİDEO

Azərbaycanlı İş Adamı Otelinə Erməni Bayrağı Asdı – VİDEO

Tarix:

15-05-2017, 14:06

/ 60 098 dəfə oxundu.
Azərbaycanlı İş Adamı Otelinə Erməni Bayrağı Asdı – VİDEO

Türkiyənin Kars şəhərində yerləşən və azərbaycanlı iş adamına məxsus olduğu iddia edilən “Grand Ani” hotelinin girişində Ermənistan bayrağı asılıb.

Bu barədə məlumatı Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev bildirib.

Diaspor rəhbəri vurğulayıb ki, oteli Azərbaycan əsilli bir iş adamı tikdirib:

“O iş adamı vaxtilə Azərbaycanda çalışıb. Bu gün isə Azərbaycandan qazandığı pulların hesabına Karsda özünə otel tikdirib. Həmin oteldə Ermənistan bayrağının asılması isə xalqımıza qarşı hörmətsizlikdir. İşin ən pis tərəfi isə odur ki, sözügedən iş adamı tez-tez Azərbaycana gəlir. Hesab edirəm ki, onun Azərbaycana girişinə qadağa qoymaq lazımdır. Araşdırmaq lazımdır ki, otel rəhbərliyinin Ermənistan sevgisinin arxasında hansı amillər dayanır”.

Qeyd edək ki, “5 ulduzlu” lüks “Grand Ani” hotelinin açılışı 2009-cu ildə baş tutub. Açılış mərasiminə Azərbaycandan da bir sıra tanınmış simalar qatılıb.
Diaspor.Az

Şərhlər

XƏBƏR LENTİ