SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Türkiyənin bələdiyyə teatrı Ermənistana qastrola gedəcək - Rəzillik

Türkiyənin bələdiyyə teatrı Ermənistana qastrola gedəcək - Rəzillik

Tarix:

11-05-2017, 15:42

/ 55 384 dəfə oxundu.
Türkiyənin bələdiyyə teatrı Ermənistana qastrola gedəcək - Rəzillik

Türkiyənin Bursa şəhərinin Nilufər rayon bələdiyyə teatrının kollektivi Ermənistana qastrola hazırlaşır.

Məlumata görə, teatr erməni yazar Akop Baronyanın “Şərq dişçisi” adlı əsərini səhnələşdirəcək.

Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzi (BDM) və Türkiyənin Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİM-DER) bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nilufər bələdiyyə teatrının Ermənistana turneyə çıxması Türkiyədə və Azərbaycanda hiddət və etirazla qarşılanıb: "Azərbaycan torpağı olan Qarabağın işğalı davam edərkən və bu səbəbdən Türkiyə Ermənistanla sərhədlərini bağlı saxlayarkən, Bursanın Nilufər bələdiyyəsi teatrının Ermənistana getməsi yolverilməzdir”.

Bəyanatda qeyd olunur ki, bu kimi tədbirlər Türkiyə və Azərbaycan münasibətlərinə xələl gətirə bilər.

Şərhlər

XƏBƏR LENTİ