SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Putin və Lukaşenko Qərbin qarşısında... – Əsəd

Putin və Lukaşenko Qərbin qarşısında... – Əsəd

Tarix:

10-05-2017, 09:22

/ 38 838 dəfə oxundu.
Putin və Lukaşenko Qərbin qarşısında... – Əsəd

Qərb Sovet İttifaqının faşizm üzərində çalınan qələbədəki rolunu gizlətməyə çalışır.

Bunu Suriya Prezidenti Bəşər Əsəd Belarusun ONT telekanalına verdiyi müsahibəsində deyib.

“Kim fikirləşərdi ki, Qızıl ordunun müharibənin əvvəlində geri çəkilməsi daha sonra qələbəyə çevriləcək. Əgər SSRİ-nin qələbəsi olmasaydı, Normandiyaya da desant çıxarılmayacaqdı. Qərbdə çoxları Sovet İttifaqının bu müharibədə oynadığı rolu gizlətməyə çalışır”, - Əsəd bildirib.

Əsədin sözlərinə görə, Qərb Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putini bədnam obrazda təqdim etməyə çalışır:

“Siz faktiki olaraq blokadadasız, Prezident Lukaşenkonu bədnam obrazda göstərməyə çalışırlar. Qərb bunu Putin üzərində də etməyə çalışır. Amma onlar Qərbin qarşısında əyilmirlər”.

Şərhlər

XƏBƏR LENTİ