SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Azərbaycanda oxuduğunu deyən “cərrah” gənc qızı bu hala saldı - Foto

Azərbaycanda oxuduğunu deyən “cərrah” gənc qızı bu hala saldı - Foto

Tarix:

2-05-2017, 11:47

/ 60 315 dəfə oxundu.
Azərbaycanda oxuduğunu deyən “cərrah” gənc qızı bu hala saldı - Foto

Adanada Çukurova Xəstəxanasında tibb bacısı kimi çalışan 22 yaşlı Merve Keleşin həyatı alt-üst olub.
O, bir dostu vasitəsilə internetdə özünü estetik uzman kimi tanıdan Soner G-yə müraciət edib. Gənc qız əvvəlcə dodağını qalınlaşdırmaq üçün ona 500 TL pul ödəyib. Həmin dolğu bir həftə ərzində əriməyə başlayıb və Merve özünü Azərbaycanda təhsil alan "plastik cərrah" kimi təqdim edən Sonerə yenidən müraciət edib. Klinikası təmirdə olduğunu deyən “cərrah” onun dodağını ev şəraitində qalınlaşdırıb. Keleş bunun qarşılığında ona 1000 lirə pul verib.
Bundan sonra Keleşin dodağı şişməyu başlayıb və o, xəstəxanalıq olub. 3 həftədir ki, müalicə alan Merve əməliyyat olunmağa hazırlaşır. Məlum olub ki, onun dodağına naməlum maddə yeridilib. Xəstəxanadan verilən məlumata görə, gənc qızın dodağındakı maddə çıxarılmasa, onun dodağı tamamilə məhv olacaq və kəsmək məcburiyyətində qalacaqlar.
Keleşin ittihamına Soner G. cavab verib. O, saç ustası olduğunu söyləyib:
“Mən özümü heç vaxt estetik uzmanı kimi təqdim etməmişəm. Bir dostu vasitəsilə tanış oldum. Məndən pul istədilər, vermədim. İndi isə mənə şər atırlar, şantaj edirlər”.
Azərbaycanda oxuduğunu deyən “cərrah” gənc qızı bu hala saldı - Foto

Şərhlər

XƏBƏR LENTİ