SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş

Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş

Tarix:

24-04-2017, 16:09

/ 61 175 dəfə oxundu.
Fətullah Gülən 100 ildən çox yaşamaq üçün illərdir bunu edirmiş

FETÖ adı altında təşkilatlanmış cərəyanın lideri Fətullah Gülən 100 ildən çox yaşamaq üçün fəaliyyətə keçib
O, hüceyrə yenilənməsi tibb texnologiyasına müraciət edib.
Belə ki, qəzet xüsusi xidmət orqanlarındakı mənbədən aldığı məlumata əsasən iddia edir ki, Fətullah Gülən şəxsi həkimi olan Tuncay Delibaşın bu işə başlamasını tapşırıb. Həkimin bank hesablarına müxtəlif qaynaqlardan bu müalicənin uğurla başa çatdırılması üçün 30 milyon 500 min lirə də köçürülüb.
Bildirilir ki, Tuncay Delibaşı 2015-ci ildə Türkiyədən qaçıb və Fətullah Gülənə xidmət edir. Onun əsas işi isə hüceyrə yenilənməsi texnologiyası əsasında yeni orqan əldə etmək və Gülənin bədəninin yenilənməsinə nail olmaqdır.
Maraqlıdır ki, Tuncay Delibaşı bir müddət Hacettepe Universitetinin tərkibindəki “Teknokent” elmi-tədqiqat mərkəzinə rəhbərlik edib. O, burada bir çox məşhur dünya həkimlərini hüceyrə yenilənməsi texnologiyasının inkişafı layihəsinə cəlb edib. Bu yolla o, lideri Fətullah Gülən üçün gizli xidmət edib, onun 100 ildən artıq yaşaması üçün araşdırmalar aparıb.
FETÖ ilə bağlı aparılan istintaqda Tuncay Delibaşı təşkilat liderinin özəl tibbi xidmət katibi kimi qeyd edilib və onun 3 il ərzində əldə etdiyi vəsaitin Almaniya və ABŞ bankları vasitəsi ilə ölkədən çıxardığı qeyd edilib.

Şərhlər

XƏBƏR LENTİ