yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sarkisyanın azərbaycanlı milyarderin obyektində gizli sövdələşməsi

Sarkisyanın azərbaycanlı milyarderin obyektində gizli sövdələşməsi
18-04-2017, 14:39 55 111 dəfə baxılıb

Ermənistan prezidenti Serj Sarkisyan dünən Moskvada Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın 60 illik yubileyinə qatılıb.
Ermənistanda dərc olunan “Qraparak” qəzetinin yazdığına görə, yubiley Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus “Safisa” restoranında baş tutub. Şənliyə Dağlıq Qarabağdakı işğal rejiminin rəhbəri Bako Saakyan da qatılıb.
Mindən çox qonağın iştirak etdiyi tədbirə Rusiya xarici işlər naziri Sergey Lavrov, Vladimir Putinin mətbuat xidmətinin başçısı Dmitri Peskov, həmçinin LDPR lideri Vladimir Jirinovski iştirak ediblər. Məhz bu məsələ erməni KİV-lərinin diqqətini çəkib. Çünki Ermənistanda Ara Abramyanı Putinin yaxın adamı sayırlar və Serj Sarkisyanla onun hər hansı bir görüşündən sonra Ermənistanda kardinal dəyişiklər baş verir.
Erməni şərhçi Akop Badalyan “Lragir”də yazdığı məqalədə Ermənistanın Avrasiya İttifaqına daxil edilməsində, yəni müstəqilliyini itirməsində əsas rolu Ara Abramyanın oynadığını bildirib: “Serj Sarkisyan yüksək çinli Rusiya məmurları ilə son detalları Ara Abramyanın Xorvatiyadakı bağ evində muzakirə edir”.
Yəni, Ermənistan müstəqilliyini itirmək yolunda yeni bir dəyişiklik ərəfəsindədir. Yaxın aylarda bunun detalları tam bilinəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ